Mobil versiya
Kürdlərin müstəqillik arzusu puç oldu
Tarix: 11-05-2018, 14:50 | Saat: 15:47:00
Bölmə:Dünya | çapa göndər

Kürdlərin müstəqillik arzusu puç oldu


Şimali İraq Kürd Muxtariyyətinin müstəqilliklə bağlı referendum keçirmək məsələsi artıq həll edilib və bu məsələ keçmişdə qalıb.
AzVision.az xəbər verir ki, bunu "RİA Novosti"yə açıqlamasında İraqın Rusiyadakı səfiri Mənsur Hadi deyib.

“Müstəqillik referendumu keçmişdə qaldı. Bu problemi həm Bağdad, həm də Ərbildə artıq unudublar. Hazırda Bağdaddakı federal hökumət İraq Kürdüstanının hökuməti ilə fəaliyyəti koordinasiya edir".

Səfir, bölgədəki hava limanlarının bağlanmasını da müvəqqəti tədbir adlandırıb. “Biz referendum problemini adlamışıq və indi işlər düzgün istiqamətdə gedir.” – deyə İraq səfiri bildirib.

Qeyd edək ki, 2017-ci ilin 25 sentyabr tarixində Şimali İraq Kürd Muxtariyyətində keçirilən müstəqillik referendumundan sonra rəsmi Bağdadla Ərbil arasında münasibətlər gərginləşmişdi. İraq hökumətinin bunun konstitusiyaya zidd olduğunu deməsinə baxmayaraq, muxtariyyətin rəhbəri Məsud Bərzani referendum qərarını geri çəkməmişdi. Refrendumun nəticəsinə görə, kürdlərin 93 faizi müstəqilliyin lehinə səs verib. Referenduma cavab olaraq, rəsmi Bağdad kürd muxtariyyətinə bir sıra iqtisadi , maliyyə və enerji sanksiyaları tətbiq edib.

aia.az



54 199 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

24-09-2019
23-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30