Mobil versiya
İnam Kərimov pambıqçılarla görüşüb - FOTO
Tarix: 11-05-2018, 09:07 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə | çapa göndər

İnam Kərimov pambıqçılarla görüşüb - FOTO


Kənd təsərrüfatı naziri İnam Kərimov bölgələrə səfəri çərçivəsində Ağdam rayonunun Quzanlı qəsəbəsində pambıq istehsalçıları ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən aia.az-a verilən məlumata görə, nazir pambıq istehsalçılarına bu sahənin ölkə başçısının birbaşa diqqətində olduğunu, pambıqçılığa çoxşaxəli dövlət dəstəyinin mövcudluğunu və qarşıya qoyulan hədəflər barədə söhbət açıb.

O, həmçinin pambıqçılıqda məhsuldarlığın artırılması üçün intensiv kənd təsərrüfatı və müasir-innovativ texnologiyaların tətbiqini də pambıqçılara tövsiyə edib.

İnam Kərimov pambıqçılarla görüşüb - FOTO

Fermer və sahibkarlar da öz növbəsində rayonda pambıqçılığın inkişafı məqsədilə əlavə artezian quyularının qazılmasını, suvarma şəbəkəsinin inkişaf etdirilməsini, kooperasiyaların yaradılmasını, bu sahədə rayondakı qabaqcıl fermerlərin və xarici təcrübənin öyrənilməsini təklif ediblər.

Sonda Kərimov və fermerlər pambıqçılığın inkişafı üçün geniş fikir mübadiləsi aparıblar.

İnam Kərimov pambıqçılarla görüşüb - FOTO

aia.az



57 220 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

06-04-2020
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}