Mobil versiya
Qeyri-qanuni tikililər, əkilməyən torpaqlar peykdən təsbit ediləcək - RƏSMİ
Tarix: 11-05-2018, 08:55 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə | çapa göndər

Qeyri-qanuni tikililər, əkilməyən torpaqlar peykdən təsbit ediləcək - RƏSMİ


Ölkədə ilk dəfə olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaqların səmərəli istifadəsində Peyk nəzarət sistemi qurulur.

Komitədən verilən məlumata görə, artıq bununla bağlı işlərə başlanılıb. Bir sıra qabaqcıl Avropa ölkələrinin təcrübəsi araşdırılıb, kifayət qədər təcrübəyə malik Sloveniyadan olan mütəxəssislər işə cəlb edilib.

Məqsəd torpaq idarəçiliyində effektiv dövlət nəzarətinin həyata keçirilməsi, qeyri-qanuni tiklilərin ünvanına getmədən onların məsafədən müəyyənləşdirilməsi, torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş vermiş dəyişikliklərin müəyyənləşdirilməsi, torpaq ehtiyatlarının mühafizə edilməsidir.

Sistem hər 5 gündən bir bütün ölkə ərazisinin 10 metr miqyasda çəkilişini aparacaq. Bu sistem vasitəsi ilə əldə ediləcək peyk məlumatları torpaqlardan təyinatından kənar və ya qeyri-səmərəli istifadə hallarını vaxtında aşkar edib, daha operativ qaydada tədbirlər görməyə imkan verəcək. Sistemin tətbiqi torpaq sahələri üzərində monitorinqin aparılmasını təmin etməklə, yeni tikililərin inşasının qanunvericilik çərçivəsində olub-olmadığını müəyyənləşdirəcək.

Eyni zamanda vizual və statistik analizlər toplanmaqla ölkədə torpaq sahələri daha sistemli istifadə olunacaq, torpaqların münbitliyi qorunacaq və rahatlıqla geobotanik tədqiqatların aparılması mümkün olacaq. Həmçinin sistem vasitəsilə torpaqların məhsuldarlığının araşdırılması, quraqlıq sahələrinin kateqoriyalara bölünməsi və rəqəmsal xəritələrinin tərtibi işləri də həyata keçiriləcək.

Artıq Peyk Nəzarət Sisteminin yaradılması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsində operator qrupu formalaşdırılır. Çəkiliş nəticəsində əldə olunan məlumatlar avtomatik olaraq bu qrupa daxil olacaq. Operator qrupu məlumatlarda olan dəyişiklikləri manual olaraq yoxladıqdan sonra komitənin yanında fəaliyyət göstərən Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə, ərazi idarələrinə göndərəcək.

Gələcəkdə sistemə yeni modulların əlavə edilərək genişləndiriləcək. Bununla da hüquqi və fiziki şəxslər, həmçinin digər dövlət qurumları sistemin məhsullarından istifadə edəcək.

aia.az



54 731 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930