Mobil versiya
" Hislərim yoxdursa, vaxtımı itirmərəm" - Renka
Tarix: 09-05-2018 | Saat: 12:21
Bölmə:Karusel / Aia TV | çapa göndər




"Hər dəfə özümü tənqid edirəm. Güzgüyə baxanda özümdə nəsə mənfi bir şey tapıram. Gərək özünü tənqid edib üzərində işləyəsən. Səhvlər görəndə, çalışırsan onları düzəltməyə".



Bu sözləri tanınmış rəqqasə Renka aia.az-a deyib. Rəqqasə ətrafındakı insanlardan söz açıb:

"İnsanlar üçün özümü öldürən deyiləm. 20 yaşım olsaydı, başqa cür düşünərdim. Onda hamıya inanırdım. İndi neqativ insanlardan uzaqlaşıram. Yanımda yalnız mənə yaxın olan 1-2 adam çalışır".

Özünü aktrisa kimi də sınayan Renka film təklifləri aldığını söyləyib:

"Artıq bir neçə film təklifi almışam. Əvvəl ssenariyə baxıram. Yaxşı olsa, qəbul edərəm. Zarafat xoşlayıram. Onsuz yaşaya bilmərəm. Mənfi tərəflərimdə var, əsəbi ola bilərəm. Amma çox da əsəbi qala bilmirəm".

Rəqqasə şəxsi həyatından söz açıb. O bildirib ki, neçə ildir sevgilisi yoxdur:

"Təkəm, alışdım buna. Boş-boşuna kimləsə vaxt itirməyəcəm. Əgər hiss etsəm ki, bu insan mənlik deyil, münasibət qurmaram. Yanımda kimsə olsun deyə, münasibət yaşamaram. Hislərim yoxdursa, vaxtımı itirmərəm. 2 ildir sevgilim yoxdur. İnanmırlar inanmasınlar. Ancaq uşaqlarımla məşğulam. Vətəndən kənara gedəndə heç kimlə də görüşmürəm. Bakıda da işlərimlə məşğul oluram. Əgər həyatıma kimsə gəlsə, ciddi münasibət quracam (gülür- red)".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024