Mobil versiya
Arvadı evdən qaçan kişi özünü yandırdı
Tarix: 8-05-2018, 17:24 | Saat: 15:47:00
Bölmə:Karusel / Hadisə | çapa göndər

Arvadı evdən qaçan kişi özünü yandırdı

Lənkəran sakini intihara cəhd edib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Nüvədi qəsəbəsində baş verib.

Kərgəlan kənd sakini Elvin Əflatun oğlu Məmmədov əvvəllər vətəndaş nikahında yaşadığı, sonra isə ayrıldığı Vüsalə Balamirzə qızı Cəfərovanın yaşadığı evin həyətinə gələrək özünü yandırıb.

O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Burada ilk tibbi yardım göstərilən E. Məmmədova hər iki yuxarı ətrafın, kürəyin və boyun nahiyəsinin III-IV dərəcəli yanığı diaqnozu qoyulub. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Qeyd edək ki, yanvar ayında V. Cəfərova ailə münaqişəsi zamanı evi tərk edib. E. Məmmədov isə onun evdən qaçması ilə bağlı polisə məlumat verib.

Faktla bağlı araşdırma aparılır.

aia.az



5176 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-09-2019
19-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30