Mobil versiya
Meydan yarandı, gördük ki, "Kral lütdür"... - Fuad Poladov
Tarix: 08-05-2018 | Saat: 17:13
Bölmə:Gündəm | çapa göndər

Meydan yarandı, gördük ki, "Kral lütdür"... - Fuad Poladov


Mən bütün tamaşalarımı təhvil verəndən sonra iki nəfərin həsrətində olmuşam - Məlik Dadaşov və Hökumə Qurbanovanın. Adını çəkdiyim aktyorlar o biri dünyada yapışacaqlar yaxamızdan.

aia.az xəbər verir ki, bu sözləri 5 may tarixində dünyasını dəyişmiş xalq artisti Fuad Poladov Kulis.az saytının əməkdaşı Leyla Əliyevaya uzun müddət öncə verdiyi, lakin heç vaxt yayımlanmayan müsahibəsində bildirib.

Mərhum xalq artisti F.Poladov sözügedən müsahibəsində bildirib ki, o biri dünyada aktyorlar yaxamızdan yapışıb deyəcəklər ki, niyə teatrı bu günə qoydunuz:

“Yaşlı aktyorlar giley-güzar edir ki, gənclər gəlib bizimlə məsləhətləşmir. Biz özümüzdən böyüklərin sözündən çıxmırdıq. Onda fikirləşmək lazımdır, görəsən niyə məsləhətləşmirlər? Deməli, məni bəyənmirlər ki, gəlib məsləhətləşmirlər də. Axı böyük olmaq üçün də nəsə etmək lazımdır. Mən bütün tamaşalarımı təhvil verəndən sonra iki nəfərin həsrətində olmuşam - Məlik Dadaşov və Hökumə Qurbanovanın.

Adını çəkdiyim aktyorlar o biri dünyada yapışacaqlar yaxamızdan. Biz sizə ümid bəsləyirdik, teatrı niyə bu günə qoydunuz? Bunun da məsuliyyətini dərk edirəm. O biri dünyaya üzüqara getmək istəmirəm. O biri dünyaya inansam da, inanmasam da, hər insanın içində bir hesablaşma var, onlarla hesablaşırsan, danışırsan axı hərdən”.

F.Poladov Azdramın keçmiş rəhbəri İsrafil İsrafilov barədə də danışıb. Bildirib ki, İsrafil İsrafilov kimi Azdramda gənc rejissor və aktyorlar üçün münbit şərait yaradan rəhbərlik olmayıb:

“İsrafil İsrafilovla bir kursda oxumuşuq. Teatra direktor təyin olunanda dedim: “İsrafil, son şans verilib. Son şans verilib ki, o dünyaya üzüağ gedək. Elədik, elədik, eləmədik, cavab verə bilməyəcəyik”.

Öz təcrübəmə əsasən deyirəm ki, Milli Dram Teatrının indiki rəhbərliyi qədər gənc rejissor və aktyorlar üçün münbit şərait yaradan rəhbərlik olmayıb. İsrafil İsrafilov “bəyənmirəm” deyən rejissorları teatra çağırdı, dedi ki, gəlin, tamaşa qoyun, daha yaxşısını hazırlayın. Aktyorlardan da soruşdu ki, nə oynamaq istəyirsiniz? Buyurun, gəlin, oynayın. Necə deyərlər, bu meydan, bu da şeytan. Aktyorlar var idi, yaşları 60-ı haqlamışdı. Deyirdilər ki, ömrümüz getdi, bizə şərait yaradılmadı. Onlara da deyildi ki, gəlin, oynayın. Amma təzyiqlə yox, təsirlə oynayın.

Meydan yaranandan sonra da gördük ki, “Kral lütmüş”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024