Mobil versiya
“Erməni xalqının seçdiyi şəxslə əməkdaşlıq etməyə hazırıq”
Tarix: 08-05-2018 | Saat: 14:15
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Erməni xalqının seçdiyi şəxslə əməkdaşlıq etməyə hazırıq”


“Ermənistanda baş verən hadisələr diqqət mərkəzindədir və diqqətlə izlənilir. Biz onsuz da Ermənistandakı hadisələrin bu nəticəyə gəlməsini gözləyirdik. 30 ilə yaxın müddətdə Ermənistanda hakimiyyəti heç vaxt xalq seçməyib. Ermənistandakı hakimiyyətə həmişə kənar qüvvələrin təsiri ilə təyin olunmuş insanlar gətirilib. Ona görə də Ermənistan hakimiyyəti 1991-ci ildən bu yana erməni xalqının mənafeyi üçün heç bir addım atmayıb. Əksinə, Ermənistan rəhbərliyi regiondakı vəziyyəti qeyri-stabil saxlamaqla, Azərbaycan torpaqlarının 20 faizini işğal etməklə, həm erməni, həm də Azərbaycan xalqı üçün böyük problemlər yaradıb”.



Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev deyib.



Deputat deyib ki, bu gün Ermənistandakı hadisələr onların təcavüzkar siyasətinin nəticəsidir.



“Bugündən sonrakı gözləntilərimiz isə belədir: Erməni xalqının seçdiyi istənilən hökumətlə və prezidentlə qarşılıqlı faydalı əməkdaşlıq etməyə hazırıq. Azərbaycan vətəndaşları, Milli Məclisi, ən başlıcası isə Azərbaycan prezidenti və hökuməti dəfələrlə qeyd ediblər ki, biz Ermənistanla münaqişənin sülh yolu ilə həll olunması üçün danışıqlara hazırıq. Təəssüflər olsun ki, keçən müddət ərzində sülh danışıqları heç bir nəticəyə gətirib çıxartmayıb. Bu da erməni tərəfinin qeyri-konstruktiv mövqeyindən irəli gəlir”.



C.Feyziyev ümid edir ki, yeni hakimiyyət Ermənistan xalqı tərəfindən formalaşdırılıb. “Belə olan təqdirdə isə biz əminik ki, Ermənistanın yeni hakimiyyəti xalqının mənafeyini nəzərə alaraq, Azərbaycanla münaqişənin sülh yolu ilə həll olunması üçün birbaşa danışıqlara dərhal start verəcək. Əgər hadisələr belə davam edərəsə, biz tez bir zamanda iki ölkə arasında münaqişənin sonuna çatdığını görəcəyik. Bundan isə Azərbaycan və Ermənistan vətəndaşları faydalana biləcəklər”.



Qeyd edək ki, Nikol Paşinyan Ermənistanın yeni baş naziri seçilib.



“Yelk”, “Tsarukyan” və “Daşnaksütyun” fraksiyalarının vahid namizədi kimi baş nazir postuna irəli sürülən Paşinyan 59 deputatın səsini alıb. 42 deputat isə onu dəstəkləməyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024