Mobil versiya
Ərdoğan Nazarbayevə zəng edib nə istədi?
Tarix: 30-11-2015 | Saat: 18:18
Bölmə:Siyasət / Seçilənlər-5 / Aia TV / Karusel | çapa göndər

Ərdoğan Nazarbayevə zəng edib nə istədi?
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Parisdə keçirilən iqlim sammiti ərəfəsində Qazaxıstan prezidenti Nursultan Nazarbayevə zəng edərək ondan Rusiya prezidenti Vladimir Putinlə görüşməyə vasitəçilik etməyi xahiş edib

Virtualaz.org saytı Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub, Ərdoğan Parisdə Putinlə görüşmək istəyini təsdiq edib.

Xəbər verilir ki, Ərdoğanla Nazarbayev Suriya ilə sərhəddə Rusiya Su-24 bombardmançısının vurulmasını, Suriyadakı böhranlı vəziyyəti müzakirə ediblər.

Nazarbayev baş verənlərdən və Rusiya ilə Türkiyə arasında münasibətlərin gərginləşməsindən təəssüfləndiyini bildirib. Tərəfləri iki ölkə arasındakı münasibətləri qoruyub saxlamaq naminə təmkinli olmağa çağırıb.

Böhranı həll etmək üçün ikitərəfli komissiya yaratmaq təklif olunub. Ərdoğan Putinlə “ən yaxın zamanda görüşməyə hazır olduğunu” ifadə edib.

Lakin məlumdur ki, rəsmi Moskva Türkiyə tərəfinin Ərdoğan-Putin görüşü barədə müraciətlərini rədd edir. Təyyarənin vurulmasından sonra Ərdoğanın Putinlə telefon danışığı da alınmayıb. Kreml Ərdoğanın zənginə cavab verməyib. Qazaxıstan prezidenti Nursultan Nazarbayev MDB liderləri arasında ağsaqqal hesab olunur və Putinlə xüsusi münasibətlərə malikdir. Görünür, Ərdoğan bunu nəzərə alaraq Nazarbayevdən Putinlə görüşə vasitəçilik etməyi istəyib.

Qazaxıstan prezidenti isə təyyarənin vurulmasına görə Türkiyəni günahlandırır.

Nazarbayev bazar günü televiziya ilə yayımlanan illik çıxışında Türkiyə sərhədini pozan Rusiya təyyarəsinin vurulması nəticəsində iki ölkə arasında yaranmış gərginliyin aradan qaldırılması haqda danışıb: “Rusiya ilə Türkiyə arasında baş verənlərdən çox məyus oldum. Hələlik baş verən hadisənin incəlikləri bizə aydın deyil. Ancaq fakt budur ki, Rusiya təyyarəsi Türkiyəyə hücum etməyib, Türkiyə sərhəddini keçməyib, terrorçularla savaşmağa gedib”.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev Türkiyə ilə Rusiya arasında gərginliyin yumşaldılması üçün vasitəçilik edə biləcəyini bəyan edib.

Rusiya isə təyyarə insidentinə görə Türkiyəyə qarşı sərt iqtisadi, diplomatik, siyasi tədbirlər görməkdədir. Ötən həftənin sonunda prezident Putin Türkiyəyə qarşı “xüsusi iqtisadi tədbirlərin görülməsinə dair” fərman imzalayıb. Hökumət bu fərman əsasında Türkiyəyə qarşı iqtisadi sanksiyalar paketi hazırlayacaq. Hələ paket hazır olmasa da ruslar tələsik Türkiyə mallarına embarqo tətbiq etməyə başlayıblar. Bura kənd təsərrüfatı məhsullarıı da daxildir.

Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçov bildirib ki, onsuz da Türkiyədən idxal edilən kənd təsərrüfatı məhsullarında son vaxtlar pestisidlərin və nitatların miqdarı normadan artıq idi.

“Əlbəttə, biz keyfiyyətsiz malları ölkəyə buraxmırdıq. Ancaq onların miqdarı da artırdı. İndi isə Türkiyədən idxal dayandırılacaq”- nazir deyib.

A.Tkaçov bildirib ki, bazarda boşalan yeri Azərbaycan, Özbəkistan, Mərakeş və İsrailin kənd təsərrüfatı məhsulları tuta bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024