Mobil versiya
22 marşrutun hərəkət sxemində dəyişiklik edildi
Tarix: 07-05-2018 | Saat: 09:54
Bölmə:Karusel / Ölkə | çapa göndər

22 marşrutun hərəkət sxemində dəyişiklik edildi


Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağının istifadəyə verilməsi ilə əlaqədar "Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzi ilə ətraf kənd və qəsəbələri əlaqələndirən 22 marşrut xətti üzrə (24, 62, 93, 101, 107, 131, 136, 139, 148, 150, 160, 163, 166, 171, 172, 173, 187, 189, 198, 204, 216, 217) avtobusların hərəkət sxemində dəyişiklik edilib.


Bu barədə aia.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, "Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzindən çıxan avtobuslar artıq Ziya Bünyadov prospekti və "Böyük Şor” qovşağına daxil olmadan yoluna davam edəcəklər. Dəyişiklik sayəsində ətraf kənd və qəsəbələrə gedən avtobusların artıq məsafə qət etməsinin qarşısı alınır ki, bu da sərnişinlərin mənzilbaşına daha tez çatması və digər nəqliyyat vasitələrinin hərəkətinin intensivliyinin artması baxımından əhəmiyyətlidir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024