Mobil versiya
Sabirabadda dəhşətli qəza: Altı qadın öldü - YENİLƏNİB
Tarix: 07-05-2018 | Saat: 09:53
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər





Sabirabadda traktorun qoşqusunun aşması nəticəsində ölənlərin adları məlum olub.

aia.az-ın APA-ya məlumatına görə, ölənlər Bağırova Elnarə İbrahiməjdər qızı, onun qızları Bağırova Fatimə Teymur qızı, Bağırova Zəhra Teymur qızı, onların qohumları İmanova Məlahət Mehbalı qızı, Qasımova Xəyalə Əbülhəsən qızı, Qasımova Günay Tofiq qızıdır.

10:59

Sabirabadda traktorun qoşqusunun su kollektoruna aşması nəticəsində altı nəfər ölüb.

aia.az-ın APA-ya istinadən xəbərinə görə, ölənlərin hamısı qadındır.

Onlar ana, iki qızı və yaxın qohumlardır.

10:31

Sabirabadda traktorun qoşqusunun su kollektoruna aşması nəticəsində altı nəfərin boğularaq öldüyü bildirilir.

aia.Az-ın APA-ya istinadən xəbərinə görə, ölənlərin hamısı qadındır.

İlkin məlumatda onlardan üçünün bir ailənin üzvü olduğu deyilir.

Traktoru idarə edən Şəhriyar qəsəbə sakini Əjdər İmanov ailə üzvlərini və yaxın qohumlarını tarlaya işləməyə aparırmış.

Hadisə nəticəsində daha bir neçə nəfər xəsarət alıb.

09:57

Sabirabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

aia.az-ın APA-ya istinadən məlumatına görə, Şəhriyar kəndində traktorun qoşqusunun aşması nəticəsində altı nəfərin öldüyü bildirilir.

Daha bir neçə nəfər xəsarət alıb.

İlkin ehtimala görə, ölənlərin hamısı pambıq tarlasına işləməyə gedən qadınlardır.

09:43

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

aia.Az-ın APA-ya istinadən məlumatına görə, Şəhriyar kəndində baş verən qəzada altı nəfər ölüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024