Mobil versiya
Putinlə Paşinyan mayda görüşə bilər - DETALLAR
Tarix: 05-05-2018 | Saat: 12:08
Bölmə:Manşet / Siyasət | çapa göndər

Putinlə Paşinyan  mayda görüşə bilər - DETALLAR


Rusiya prezidenti Vladimir Putin və Ermənistanda müxalifət lideri Nikol Paşinyanın bu yaxınlarda görüşü planlaşdırılır.



Modern.az xəbər verir ki, bu barədə “Exo moskva” radiostansiyasının redaktoru Aleksey Venediktov özünün “Teleqram” bloqunda yazıb.

Venediktovun sözlərinə görə, Paşinyan mayın 8-də Ermənistan parlamentində baş nazir postuna seçilərsə onun Rusiya prezidenti ilə görüşünün mayın 14-də Soçidə baş tutacağı gözlənilir.



Xatırladaq ki, Ermənistan parlamentdə çoxluğa malik olan Respublika partiyası Paşinyanın namizədliyini dəstəkləməyə hazır olduğunu bildirib. Bundan sonra Paşinyan tərəfdarlarını küçələrdən çəkib və onun yeni mesajlarını gözləməyə çağırıb.



Mayın 4-də isə onun Rusiyanın İrəvandakı səfiri İvan Volınkinlə görüşü olub. Bildirilir ki, bu görüşdə səfir Paşinyandan Gümrüdəki Rusiya hərbi bazasına dair qarantiya istəyib. O, səfiri Rusiya hərbi bazasına dair müqavilədə heç bir dəyişiklik etməyəcəyinə əmin edib. Bundan sonra Volınkin Paşinyana Rusiyanın da qarşılığında Ermənistandakı proseslərə qarışmayacağı vədini verib.



Lakin səfirlə görüşdən sonra Paşinyan iqtidar tərəfdarlarının yenidən aktivləşdiy barədə məlumatlar aldığını söyləyib və tərəfdarlarını yenidən küçələrə çıxmağa hazır olmağa çağırıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024