Mobil versiya
Tikintiyə icazə verilməsi qaydası dəyişdirilir
Tarix: 05-05-2018 | Saat: 11:50
Bölmə:Manşet / Ölkə | çapa göndər

Tikintiyə icazə verilməsi qaydası dəyişdirilir



Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2018-ci il 3 aprel tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb.

Sərəncamda qanunun tətbiqini təmin etmək məqsədi ilə Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası prezidentinin aktlarının "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etmək tapşırılıb.


Sərəncama əsasən, Nazirlər Kabinetin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, qanundan irəli gələn digər məsələləri həll etməlidir.


Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.


Qeyd edək ki, prezidentin 3 aprel 2018-ci il tarixli sərəncamı ilə Şəhərsalma və Tikinti Məcəlləsinin 48.1-ci maddənin birinci cümləsində "yaşayış evlərinin” sözləri "tikinti obyektlərinin” sözləri ilə, 75.10-cu maddədə "10 gün” sözləri "3 iş günü” sözləri ilə əvəz edilib.


Bununla da Azərbaycanda tikintiyə icazədə nəzərdə tutulmuş məlumatların vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə təqdim etmə müddəti azaldılıb. Belə ki, Məcəllənin 75.10-cu maddəsinə təklif edilən dəyişikliyə görə, tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı icazədə nəzərdə tutulmuş məlumatları 3 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə təqdim etməlidir. Hazırda qüvvədə olan qanuna görə, tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı icazədə nəzərdə tutulmuş məlumatları 10 gün müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə təqdim edir.


Bundan başqa, Məcəllənin 48.1-ci maddəsində "yaşayış evləri" sözlərinin "Tikinti obyektləri" sözləri ilə əvəz edilməsi təklif edilir.


Qeyd edək ki, dəyişikliklər qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə təklif edilir. Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən məlumatlandırma icraatı təkcə yaşayış evlərinə deyil, həm də tikinti obyektlərinə tətbiq edilir.(modern.az)


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024