Mobil versiya
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş futbol yarışlarının qalibləri mükafatlandırılıb
Tarix: 04-05-2018 | Saat: 15:01
Bölmə:Karusel / Təhsil | çapa göndər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş futbol yarışlarının qalibləri mükafatlandırılıb


Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş futbol yarışlarının qaliblərinin təntənəli mükafatlandırılma mərasimi keçirilib. Tədbiri açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamını xatırladaraq onun dövlətçilik fəaliyyətində təhsilə xüsusi önəm verdiyini, həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Artıq bir aydan çoxdur ki, universitetdə ulu öndərin xatirəsinə həsr olunmuş müxtəlif idman növləri üzrə turnir və futbol yarışlarının keçirildiyini bildirən rektor Abel Məhərrəmov yarışlarda universitetin 17 fakültəsinin təmsil olunduğunu qeyd edib.

Ulu öndərin anadan olmasının ildönümünə həsr edilən futbol çempionatında birinci yeri tarix, ikinci yeri mexanika-riyaziyyat , Üçüncü yeri isə Geologiya və tətbiqi-riyaziyyat fakültələrinin tələbələri tutub.

Qaliblərin mükafatlandırılması mərasimindən sonra tədbir konsert proqramı ilə başa çatıb.

AİA.Az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024