Mobil versiya
Ombudsman 2230 manat maaş alacaq
Tarix: 4-05-2018, 11:50 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ombudsman 2230 manat maaş alacaq


Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" qanunda dəyişiklik edilib.

Qanunun 16-cı (Müvəkkilin sosial, maliyyə və digər təminatları) maddəsinin 1-ci bəndində edilən dəyişikliyə əsasən, müvəkkil 2230 manat məbləğində aylıq əmək haqqı alacaq. İndiyə qədər bu rəqəm 2025 manat olub.

Müvəkkil məzuniyyətə çıxdığı vaxt onun müalicə olunması və istirahət etməsi üçün iki aylıq əmək haqqı - 4 min 50 manat məbləğində ona pul təminatı verilirdisə, indi bu rəqəm 4 min 460 manat olacaq. Müvəkkil vəzifəsində işləmiş şəxs pensiya yaşına çatdıqda, hazırkı dövrdə Müvəkkil üçün müəyyən edilmiş vəzifə maaşının 80 faizi məbləğində, yəni 1 784 manat pensiya alacaq.
Dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

Xatırladaq ki, hazırda Azərbaycanın İnsan Hüquqları Müvəkkili (Ombudsman) postunu Elmira Süleymanova tutur.

aia.az



5250 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

24-05-2019
23-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}