Mobil versiya
“Deputat 8 min manat maaş almalıdır” - Qüdrət Həsənquliyev
Tarix: 04-05-2018 | Saat: 11:49
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Deputat 8 min manat maaş almalıdır” - Qüdrət Həsənquliyev


"Düşünürəm ki, bu artım yetərli deyil. Ölkədə devalvasiya baş verib, əmək haqqı vətəndaşların ləyaqətli həyatını təmin etməlidir. Dövlət qulluqçuları, ali hakimiyyət orqanlarının təmsilçiləri başqa qazanc və gəlirlər barədə düşünməməlidirlər"

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatların maaşlarının artırılmasının müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib. O, bildirib ki, region ölkələrindən əmək haqqına görə geri qalırıq:

"Bəzi qonşu dövlətlərdən əmək haqqımız bir neçə dəfə aşağıdır. Azərbaycan Prezident Administrasiyasının işçilərinin nə qədər maaş aldıqlarını bilmirəm, bu barədə məlumat verilsəydi, yaxşı olardı. Bizə verilən məlumata görə hətta orada şöbə müdirinin əmək haqqı Milli Məclisin rəhbərliyinin əmək haqqından yüksəkdir. Düşünürəm ki, spiker 10 min, deputat isə 8 min manat maaş almalıdır”.

Milli Məclisin sədri Oqtay Əsədov bu yanaşmanın yanlış olduğunu qeyd edib. Onun sözlərinə görə, Q.Həsənquliyevin dedikləri doğru deyil.(azvision.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024