Mobil versiya
İran xarici investorlara qapılarını açır
Tarix: 30-11-2015 | Saat: 16:47
Bölmə:Siyasət / Aia TV / Karusel | çapa göndər


30 milyard dollar dəyərində müqavilə imzalanacaq.

İran ən böyük enerji şirkətləri ilə 30 milyard dollar dəyərində müqavilə imzalayacaq.

BBC Rusiyaya xəbər verir ki, növbəti həftələrdə İranın dünyanın aparıcı enerji şirkətləri ilə (BP, Shell, Total, Statoil və Sinopec) 50 yeni neft-qaz müqaviləsi imzalayacağı gözlənilir.

BBC yazır ki, müqavilənin yeni şərtləri investorlar üçün cəlbedici hala gətirilib.

Belə ki, hazırda İran hökuməti bu şirkətlərə icazə verəcək ki, onlar layihədə iştirak paylarını artıra bilsinlər. Bazarın bu oyunçuları İranın neft yataqlarının işlənməsini həyata keçirəcəklər.

“Bu gün təqdim edilmiş müqavilələrin modellərini mükəmmək adlandırmaq olmaz, amma onlar hər iki tərəf üçün effektivdir. Bazarda əhəmiyyətli təchizatçı rolunu oynamaq üçün biz etibarlı beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığa ümid edirik. Bununla hamıya sərf edəcək bir şərait yaranacaq”, - deyə İranın neft naziri Bijən Namdar Zəngənə deyib.

Nazir həmçinin bildirib ki, İranda Amerikan şirkətlərinin iştirakına qarşı heç bir problem və ya etiraz yoxdur.

Qeyd edək ki, İran sankisiyalar ləğv edildikdən sonra hasilatı sutkada 500 min barel artırmağı planlaşdırır. İran neft hasilatını növbəti onillikdə 3 milyon bareldən 5 milyon barelədək artırmağa ümid edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024