Mobil versiya
Putin Ərdoğanla görüşdən imtina etdi
Tarix: 30-11-2015 | Saat: 16:18
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər


“Obama ilə danışığı istisna etmirik”.

Rusiya prezidenti Vladimir Putin Parisdə iqlim dəyişikliyi məsələsinə həsr olunan sammitdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyi planlaşdırmır.

Aia.az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

Rusiya prezidentinin telefonla Türkiyə tərəfi ilə yaxın günlərdə hər hansı bir əlaqəsi ola biləcəyi barədə suala cavab verən D.Peskov belə əlaqənin planlaşdırılmadığını bildirib.

“Hələlik Putinin qrafikində hər hansı belə əlaqə yoxdur. Başqa şərh vermək istəməzdim”, - mətbuat katibi bildirib.

Prezidentin mətbuat katibi Suriya səmasında vurulmuş Su-24 təyyarəsinin pilotunun cəsədinin Ankara tərəfindən verilməsinin Rusiya tərəfindən necə qiymətləndirildiyinə dair suala cavab verməyib.

Bununla yanaşı Peskov Putinin amerikalı həmkarı ilə danışacağının istisna olunmadığını bildirib.

“Obama ilə (danışığı) istisna etmirik. Çox güman ki, Obama ilə konfrans çərçivəsində danışacaqlar”, - mətbuat katibi bazar ertəsi jurnalistlərə bildirib.

Qeyd edək ki, RF və Türkiyə arasında münasibət Rusiyanın Su-24 təyyarəsinin noyabrın 24-də Suriya səmasında vurulmasından sonra kəskinləşib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024