Mobil versiya
Ermənilər Ağdamda mülki şəxsləri atəşə tutub - YENİLƏNİB
Tarix: 03-05-2018 | Saat: 11:22
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

Ermənilər Ağdamda mülki şəxsləri atəşə tutub - YENİLƏNİB


Ermənistan silahlı birləşmələri Ağdamın Çəmənli kəndini atəşə tutub. Hadisə ötən gün axşam saatlarında baş verib.
AzVision.az-ın məlumatına görə, düşmən kənddə suvarma idarəsinin əməkdaşlarının olduğu avtomobili hədəf alıb. Mülki şəxslər arasında xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Müdafiə Nazirliyindən bildirilib ki, bu, Ermənistan tərəfindən mülki əhalinin hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş məqsədyönlü təxribatıdır, cəbhə xəttində vəziyyət bölmələrimizin tam nəzarəti altındadır.

Ağdam rayon Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə AzVision.az-a bildirib ki, bu cür hadisələr rayonun cəbhə xəttinə yaxın ərazilərində tez-tez təkrarlanır.

“5 əməkdaşımız dünən axşam saatlarında idarənin balansında olan subartezian quyusunun təmiri ilə məşğul olurdular. Cəbhə xəttinə yaxın ərazi olduğu üçün gündüz orada işləmək çətindir. Axşam təxminən 7-9 radələrində həmin ərazilərdə iş aparılır. Dünən də işçilərimiz vəzifələrini yerinə yetirərkən atəş açılıb. Şükürlər ki, xəsarət alan olmayıb. Amma subartezian quyusunda təmir aparan “Kamaz” markalı aqreqat 15 yerindən böyük snyaper güllələri ilə dəlmə-deşik edilib. Gecə işçilərimiz sürünüb çıxıb, amma maşını çıxara bilmədik. Bu gün səhər tezdən maşını çıxardıb, qaraja gətirmişik. Təmirdən sonra işimizi yenidən davam etdirəcəyik”- H.Əzimzadə deyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024