Mobil versiya
ADAU-nun ən səmimi və ən məsum korrupsioneri
Tarix: 11-12-2015 | Saat: 13:05
Bölmə:Təhsil / Aia TV / Karusel / Seçilənlər | çapa göndər

ADAU-nun ən səmimi və ən məsum korrupsioneri

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Azərbaycanın ən nüfuzlu ali təhsil müəssisələrindən olm aqla, həm də ölkənin aqrar sektorunu dirçəltmək məqsədini qarşıya qoyan hökumətimizə etibarlı elmi tərəf müqabili olmaq vəzifəsi daşıyır. Gəlin görək, akademiklərdən Həsən Əliyevin, İmam Mustafayevin, Validə Tutayukun, Ağaxan Ağabəylinin, Məmmədtağı Cəfərovun,Yusif Məmmədəliyevin, istiqlal şairi Əhməd Cavadın vaxtilə təhsil aldığı və ya çalışdığı, hazırda isə rektor, prof. İbrahim Cəfərovun rəhbərlik etdiyi bu ali təhsill müəssisəsi, elmi mərkəz öz vəzifəsinin öhdəsindən gələ bilirmi? Universitetin Elekroenergetika və informasiya texnologiyaları fakültəsinin dekanı t.e.d. dos. Qiyas Abbasovun iş üsuluna baxıb, sözlərinə inansaq, yox, ADAU-nun fəaliyyəti təqdirəlayiq deyildir.

1961-ci ildə o vaxtkı Gəncə Dövlət Kənd Təsərrüfatı İnstitutunun kənd təsərrüfatının mexanikləşdirilməsi fakültəsinin nəzdində elektrikləşdirmə ixtisası üzrə mühəndis elektrik hazırlığı üçün şöbə, 1967 –ci ildə isə müstəqil elektrikləşdirmə fakültəsi təşkil edilmişdir. 1995-ci ildə fakültə kənd təsərrüfatının mexanikləşdirilməsi fakültəsi ilə birləşdirilmişdir. 2012-ci ildə ildən fakültə yenidən kənd təsərrüfatının mexanikləşdirilməsi fakültəsindən ayrılmış, elektroenergetika və informasiya texnologiyaları fakültəsi adlandırılmışdır. Elektrik mühəndisliyi; Elektroenergetika mühəndisliyi; İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisaslarının tədris edildiyi bu fakültədə başqa ciddi pozuntular da mövcuddur. Boloniya sistemi düzgün tətbiq edilmir. Həmin sistemə görə, tələbənin yalnız məşğələlərdə iştirakı vacibdir, mühazirələrdən azaddır. Qiyas Abbasovun rəhbərlik etdiyi fakültədə tələbəni rüşvət verməyə məcbur etmək üçün mühazirələrdə buraxılan dərsləri də hesaba alır, onlara görə qaib yazırlar. “Qayb” olmasını rüşvətlə ört-basdır etmək istəyənlərə isə hər cür şərait yaradılır. Nazirlər Kabinetinin 348 saylı qərarıyla tələbənin qaibləri üzrlü-üzrsüz hansısa fəndən 25 faizlik limiti aşırsa, tələbə həmin fəndən imtahana buraxılmır, kəsir borcu yaranır. Sözügedən fakültədə pedaqoji heyət tələbələri “kəsməyə” meyllidir, maraqlıdır. Onları başa düşmək olar, işləməli, tələbələrdən alıb dekana ötürmək funksiyalarını layiqincə yerinə yetirməlidirlər ki, korrupsiya zəncirindəki öz yerlərini qoruya bilsinlər. Burada təhsil almanın çətinliyini şərtləndirən ən başlıca amil əlbəttə ki, korrupsiyanın tüğyan etməsidir. Diplomun yararsızlığını səciyyələndirən mühüm faktor isə verilən təhsilİn keyfiyyətsizliyi nədənindən məzunların üz tutduqları iş yerlərində məmnun qarşılanmamasıdır.

Bütün bunlar və məqalədə sadalamadığımız digər qanunsuzluqlar barədə suallara aydınlıq gətirmək üçün fakültə dekanına zəng açdıq. Qiyas müəllim bizi dinlədikdən sonra qeyd etdiyimiz neqativ halların mövcudluğunu təsdiqlədi. Biuldirdi ki, o özü də bu xoşagəlməz hallara qarşı etiraz edib, belə şərtlərlə işləmək istəmədiyini rektora deyib. Lakin bütün bu qanunsuzluqlar mərkəzləşdirilmiş qaydada məhz rektor İ. Cəfərovun göstərişi ilə həyata keçirildiyindən, dekanın bu durumu dəyişmək iqtidarı yoxdur.

Məsələyə hörmətli rektor İ.Cəfərovun da münasibətini öyrənməyə çalışacağıq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024