Mobil versiya
Bahar Muradova: “Bu, birbaşa insan ləyaqətinin alçaldılması deməkdir”
Tarix: 02-05-2018 | Saat: 14:06
Bölmə:Siyasət | çapa göndər

Bahar Muradova: “Bu, birbaşa insan ləyaqətinin alçaldılması deməkdir”


Milli Məclisin (MM) İnsan hüquqları komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin mayın 2-də keçirilən birgə iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2017-ci il üzrə illik məlumatı müzakirə olunub.



Modern.az-ın məlumatına görə, komitələrin birgə iclasına parlamentin vitse-spikeri Bahar Muradova sədrlik edib.

B.Muradova deyib ki, son 15 il ərzində Milli Koordinatorun illik məlumatı yalnız parlamentin plenar iclaslarında müzakirə olunub.

“Bu il isə ilk dəfədir ki, plenar iclasdan öncə komitələrdə illik məlumatın müzakirəsi, dinləmələri keçirilir. Bu, çox önəmli bir addımdır və hesab edirəm ki, ümumi işimizə də xeyri var”.



Vitse-spiker bildirib ki, illik məlumatda müsbət məqamlardan biri də odur ki, burada təkcə son bir il ərzində yox, 15 il ərzində görülən işlərə toxunulub.



“Fikrimcə, cinayətkarlıq fəaliyyəti içərisində ən ağırı insan alveridir. Çünki, bu, birbaşa insan ləyaqətinin alçaldılması deməkdir. Bu baxımdan da, insan alverinin qarşısının alınması, insan alverinə məruz qalan şəxslərin reabilitasiyası, cəmiyyətə inteqrasiyası, onların profilaktikası çox mühüm məsələlərdəndir. Çox sevindirici haldır ki, ölkəmizdə bu istiqamətdə çox ciddi və müsbət nəticələr əldə olunumaqdadır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024