Mobil versiya
Ərdoğan Cənubi Koreya ilə 4 müqaviləyə imza atdı
Tarix: 02-05-2018 | Saat: 12:13
Bölmə:Siyasət | çapa göndər

Ərdoğan Cənubi Koreya ilə 4 müqaviləyə imza atdı




Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Cənubi Koreya prezidenti Mun Jae arasında 4 anlaşmaya imza atılıb.



aia.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, dövlət başçıları ikitərəfli əlaqələri daha da möhkəmkləndirmək məqsədilə 4 məsələdə razılığa gəliblər.



Cənubi Koreyanın patytaxtı Seul şəhərində baş tutan ikili və nümayəndə heyətləri ilə birlikdə görüşlər zamanı “ Ali təhsil sahəsində əməkdaşlıq haqqında memorandum”, “İnformasiya və kommunikasiya texnologiyaları, peyk və kosmik texnologiyaları sahələrində araşdırma və inkişaf etdirmək üçün əməkdaşlığa dair memorandum”, “ Sənaye və Energetika Nazirliyi arasında razılıq” və “ Səhiyyə və tibb elmləri sahəsində əməkdaşlığa razılıq” olaraq 4 müqavilə imzalanıb.



Bundan başqa iki lider Fələstin və Suriyadakı hadisələri, eyni zamanda Yaxın Şərqdəki vəziyyət barədə müzakirə aparıb, Suriyadakı hadisələrin sülh yolu ilə həll edilməsi üçün birlikdə səy göstərilməsini vacib olduğunu qeyd ediblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024