Mobil versiya
“Qaçqınkom” sədrinin köməkçisi və department direktoru işdən çıxarıldı
Tarix: 30-04-2018 | Saat: 18:10
Bölmə:Gündəm | çapa göndər

“Qaçqınkom” sədrinin köməkçisi və department direktoru işdən çıxarıldı


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ("Qaçqınkom") sədrinin köməkçisi Əkbər Əkbərov və qurumun Mənzil istismar departametinin direktoru Akif Mirzəyev vəzifəsindən azad edilib.



“Report”un xəbərinə görə, hər iki şəxslə bağlı Komitə sədri Rövşən Rzayev müvafiq əmr imzalayıb.

Onların yerinə hələ ki təyinat olmayıb.

Ə.Əkbərov Komitənin sabiq sədri, Baş nazirin müavini Əli Həsənovun baldızının oğludur. A.Mirzəyev də keçmiş sədrin qohumudur.



Xatırladaq ki, bundan əvvəl Komitənin Repatriasiya departamentinin direktoru Elman Behbud oğlu İsmayılov vəzifəsindən azad olunub.



Qeyd edək ki, prezident seçkilərindən sonra hökumətin formalaşdırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Rövşən Şükür oğlu Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə