Mobil versiya
“Aygün Kazımovaya da belə deyib mənə qarşı etdilər” – Röya – VİDEO
Tarix: 30-04-2018 | Saat: 15:16
Bölmə:Aia TV | çapa göndər







Daima öz maraqlı açıqlamaları ilə gündəmi alt-üst edən əməkdar artist Röya Ayxan “Muz Tv Azərbaycan” kanalında rejissor Nail Naiboğlunun aparıcılığını etdiyi “Stop” verilişinin qonağı olub.

aia.az-ın məlumatına görə, verilişdə sevilən ulduz şəxsi həyatından söz açıb. O bildirib ki, neçə ildir sevgilisi yoxdur:

"Tam yox, bilmirəm. Üçüncü ilə keçir, bəlkə indi... Fikirləşərəm. Bəzi hallarda deyirlər ki, sevgilisi var, amma elə deyil".



Röya "Səndən sonra niyə şou-biznesdə Röya qədər populyar və sevilən ifaçı yoxdur" suallarına belə cavab verib:

"Siz bilirsiniz "Röya qədər" sözü artıq burda səfdir. Aygün Kazımovaya da belə deyib onu mənə qarşı etdilər. Aygün Kazımova - Aygün Kazımovadır, Röya - Röyadır, təzə gələn adı olacaq. Lakin, Röya kimi oxumayacaq. Mən bəyəm Aygün kimi oxuyuram? Hər dəfə bu sözlə dava aparmışam. Bəzi hallarda hirslidən nə isə demişəm, bunu efirə veriblər. Amma mən o qadın deyiləm. Kimsə kimin yerinə gəlməyib. Kimsə qocalmayıb. Bizim sənətin yaşı yoxdur".

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024