Mobil versiya
ATU-nun himni bəstələndi
Tarix: 30-04-2018 | Saat: 15:02
Bölmə:Təhsil | çapa göndər








Dünyada hər bir universitetin öz himnini yaratması təcrübəsi var. Beynəlxalq nüfuzu hər il daha da artan, savadlı tibbi kadrların hazırlanmasında zəngin təcrübəyə malik olan Azərbaycan Tibb Universitetinin də ilk dəfə himni bəstələndi. Sözügedən himn Böyük Elmi Şuranın 24 aprel 2018-ci il tarixli iclasında qəbul edildi. Himnin musiqisi və sözləri tanınmış bəstəkar Sərdar Fərəcova aiddir.

AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİN HİMNİ

Musiqisi və sözləri: Sərdar Fərəcov

Ey gənc həkimlər, tələbə dostlar,

Sizindir ən şirin, gözəl arzular.

Təhsil alaraq, ucalırıq biz,

Ana tək doğmadır universitetimiz.

Yaşa, yaşa doğma universitet!

Nəqarət:

Gülsün könüllər,

Bilsin bu ellər,

Hamıya məlhəmdir

Bu səfalı əllər.

Sağlam həyatla

Yaşasın hamı.

Sevgi yaşatsın

Bu dünyanı.

Tibb Universiteti, Tibb Universiteti

Xoş əməllər ilə min yaşa.

II

Hippokrat andı – amalımızdır,

Tibb elmi qəlbimiz, kamalımızdır.

Alim həkimlər dərs deyir bizə,

Universitet nur saçır taleyimizə.

Yaşa, yaşa doğma universitet!!!

aia.az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə