Mobil versiya
Bakı məktəbində seks qalmaqalı- qadın müəllim həmkarlarının porno videosunu çəkib, şantaj etdi - İDDİA - VİDEO
Tarix: 27-04-2018 | Saat: 11:08
Bölmə:Manşet / Təhsil | çapa göndər

Bakı məktəbində seks qalmaqalı- qadın müəllim həmkarlarının porno videosunu çəkib, şantaj etdi - İDDİA - VİDEO



Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən Vaqif Mirzəliyev adına 281 nömrəli orta məktəbdə əxlaqsız olay baş verib.

Faktor.Az xəbər verir ki, sayıtımıza daxil olan məlumata görə, 281 saylı orta məktəbdə işləyən müəllim S.H. qadın alverində və şantajda ittiham olunur. İddia olunur ki, S.H. həmin məktəbdə riyaziyyat müəllimi kimi çalışan qadın X.R.-nın müxtəlif şəxslərlə cinsi əlaqədə olduğu zaman video görüntülərini çəkib.

Daha sonra S.H. sevgilisi olan Zalovla (Zalovun da 2005-ci ildə həmin məktəbin məzunu olduğu iddia olunur-red.) əlbir olub X.R.-nı intim video görüntüləri ilə şantaj edərək pul tələb ediblər.

İddia olunur ki, Zalovla S.H. X.R.-dan müxtəlif vaxtlarda ayrı-ayrı məbləğlərdə pul alıblar. Nəhayət X.R. tələb olunan pulunu verməyə imkanı çatmayıb və hüquq-mühafizə orqanlarına hadisə barədə məlumat verib. Nəticədə Zalovun həbs olunduğu deyilir. S.H.-nın isə 3 gün polis bölməsində saxlanıldıqdan sonra evə buraxıldığı iddia olunur.



Mənbə bildirir ki, belə bir rəzil olaydan sonra məktəbin direktoru tərəfindən adıçəkilən müəllimlər barəsində heç bir tədbir görülməyib. Bunun da səbəbi kimi direktorla S.H. arasında möhkəm dostluq əlaqələrinin olması göstərilir. Valideynlər belə müəllimlərin övladlarına dərs keçməsindən olduqca narahatdırlar.



Faktor.Az-a daxil olmuş məsələni araşdırmaq məqsədi ilə 281 saylı orta məktəbin direktoru Gülşən Əliyevayla əlaqə saxlayıb. Direktor qeyd edibi ki, hadisə ilə bağlı şayiələrdən xəbəri var, lakin əlində heç bir sübut olmadığı üçün ciddi tədbir həyata keçirmir: "Mənim əlimdə heç bir sübut yoxdur. Onların işi hazırda Bakı baş polis idarəsindədir, mən bildiyim qədəri ilə. Mən hazırda tədbirə gedirəm. Ona görə Səkinə müəllimlə danışa bilmədim. Lakin Xanım müəllimə ilə söhbət edə bildim. O da deyir ki, sizin əlinizdə fakt yoxdur. Əgər mən onları işdən azad etsəm, onlar özləri məni məhkəməyə verər ki, siz hansı əsasla bizə böhtan atıb, işdən çıxarırsınız. Mən onlara dedim ki, bu cür söz-söhbət eşidirəm. Bu hadisələr müəllim adına layiq deyil. Hər kəs xasiyyətimi bilir ki, mən bu cür hadisələr necə yanaşıram. Bu barədə heç bir rəsmi qurumdan mənə məlumat daxil olmayıb".

Daha sonra adı hallanan Səkinə xanım bizimlə əlaqə saxladı:
"Səkinə müəllim deyilən şəxs mənəm. Qızım, mən elə insan deyiləm və bunlar hamsı sadəcə şayiədir. Harda deyirsiniz mən sizinlə görüşüm. Mən sizinlə harda görüşüm? Məni başa düşün, sizi görmək istəyirəm.
- Hazırda siz bizimlə əlaqə saxlamısınız və açıqlamanızı dinləməyə və dərc etməyə hazırıq.
- Xahiş edirəm görüşək. Belə etməyin, mən beş uşaq anasıyam. Ana kimi səndən xahiş edirəm. Müdriyyətlə də danışım. Mən bu biabırçılğıa dözə bilmərəm. Yalan, ya doğru. Mən özümü maşının alrtına atacam, bax sizə deyirəm".

Qeyd: Hadisə ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin və Təhsil Nazirliyinin münasibətini də açıqlayacağıq.(faktor.az)

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024