Mobil versiya
Bakıda FIA Formula 2 yarışlarına start verildi
Tarix: 27-04-2018 | Saat: 10:31
Bölmə:Karusel / İdman | çapa göndər

Bakıda FIA Formula 2 yarışlarına start verildi


Bu gün Bakıda FIA Formula 2 sinfində avtoyürüşlərin praktiki sessiyasına start verilib.

aia.az-ın məlumatına görə, sərbəst yürüşlərdə 10 komandanı təmsil edən 20 pilot iştirak edir.

Xatırladaq ki, ötən il Bakıda Formula 2 turunun ilk yarışında "Pertamina Prema Theodore Racing” komandasının pilotu Çarles Lekrerk, ikinci yarışında isə "BWT Arden” komandasının pilotu Norman Nato qələbə qazanmışdı.

Qeyd edək ki, bu gün Bakıda 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisi başlayır.

Trasda hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq. Bakıda yarışa qatılan sürətsevərlər arasında Lyuis Hemilton, Fernando Alonso, Sebestyan Fettel, Valtteri Bottas kimi tanınmış pilotlar var.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024