Mobil versiya
263 nömrəli məktəbdəki hadisə ilə bağlı DİN-dən AÇIQLAMA
Tarix: 25-04-2018 | Saat: 16:50
Bölmə:Karusel / Ölkə | çapa göndər

263 nömrəli məktəbdəki hadisə ilə bağlı DİN-dən AÇIQLAMA




Daxili İşlər Nazirliyi Xətai rayonu 263 saylı məktəbdə baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə açıqlamasında bildirib ki, Xətai rayonundakı məktəblərdən birində bir şagirdin digər iki məktəbli tərəfindən guya zorakılığa məruz qalması və döyülməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil: "Məsələ ilə bağlı polis tərəfindən araşdırma aparılıb, deyilənlər təsdiqini tapmayıb. Bu məlumatlar əslində hansısa maraqlı şəxslər tərəfindən məqsədli şəkildə yayılan dezinformasiyadır”.

Qeyd edək ki, bu gün mətbuatda 263 saylı orta məktəbdə 1-ci sinif şagirdi olan oğlan uşağının 10-cu sinifdə oxuyan iki oğlan tərəfindən zorlanması barədə iddialar yer alıb. Məktəbin direktoru Nürqələm Bayramova zorlama xəbərinin yalan olduğunu söyləyib. Lakin azyaşlı şagirdin 10-cu sinif şagirdləri tərəfindən döyüldüyünü deyən direktor həmin uşaqların məktəbdən uzaqlaşdırıldığını deyib.

Bir qrup valideyn isə məktəbin qarşısında toplanaraq baş verənlərə etirazlarını bildiriblər.(lent.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024