Mobil versiya
Qaradağ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Tarix: 01-07-2015 | Saat: 07:32
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Qaradağ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

ANS PRESS-in məlumatına görə, hadisə bu gecə saat 01 radələrində Bakı-Ələt yolunda qeydə alınıb.

Həmin yoldan paytaxt istiqmətində gedən naməlum avtomobil yol kənarında dayanan 50 yaşlı qadını vurub. Qəza nəticəsində qadın hadisə yerindəcə dünyasını dəyişib. Hadisəni törədən sürücü isə ərazidən uzaqlaşıb.

Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Hələlik ölən şəxsin kimliyi və onu vuran avtomobilin sahibi barədə məlumat yoxdur.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024