Mobil versiya
Ərdoğan: “Qarabağ problemini öz problemimiz bilirik”
Tarix: 25-04-2018 | Saat: 15:54
Bölmə:Manşet / Gündəm | çapa göndər

Ərdoğan: “Qarabağ problemini öz problemimiz bilirik”




"Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini öz problemimiz bilirik”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

Ərdoğan qeyd edib ki, rəsmi Ankara münaqişənin nizamlanması məsələsində Azərbaycana dəstəyini bundan sonra da davam etdirəcək: "Münaqişə Azərbaycanın ərazi bütövlüyünə hörmət çərçivəsində həll olunmalıdır. Bu, bizim ən böyük arzumuzdur. Biz ortaq mövqeyimizi Qarabağda da, Afrində də nümayiş etdirmişik”.

Türkiyə prezidenti vurğulayıb ki, ölkəsi Azərbaycana hərbi və müdafiə sənayesi sahəsində köməyi davam etdirəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024