Mobil versiya
Diaspor Komitəsinin yeni sədri: “Heç biriniz diqqətdən kənarda qalmayacaqsınız”
Tarix: 25-04-2018 | Saat: 11:06
Bölmə:Manşet / Gündəm | çapa göndər

Diaspor Komitəsinin yeni sədri: “Heç biriniz diqqətdən kənarda qalmayacaqsınız”




“Əziz dostlar və xaricdə yaşayan həmvətənlərimiz! Bu yüksək etimada görə cənab Prezidentə dərin təşəkkürümü bildirirəm. Mənə ünvanladığınız çoxsaylı təbrik məktubları, mesajları və zənglərə görə hər birinizə minnətdaram. Dünyanın hər bir tərəfindən aldığım təbriklərin sayı sözün yaxşı mənasında məni təəccübləndirdi”.


aia.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradov özünün Facebook səhifəsində yazıb.

Komitə sədri xaricdə yaşayan azərbaycanlılara da müraciət edib:

“Mən əminəm ki, sizin hər birinizin ürəyi doğma vətənə sevgi ilə döyünür. Xaricdə yaşayan həmvətənlərimiz ilə birlikdə dövlətimizin inkişafı, milli maraqlarımızın müdafiəsi və soydaşlarımızın dəstəklənməsi istiqamətində səmərəli əməkdaşlığa və əməli nəticələrin əldə olunacağına inanıram. Əmin olun ki, sizin heç biriniz diqqətdən kənarda qalmayacaqsınız. Bir daha hər birinizə təşəkkür edirəm”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024