Mobil versiya
Bakı metrosundakı dəhşətli hadisə ilə bağlı YENİ FAKTLAR
Tarix: 23-04-2018 | Saat: 16:41
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bakı metrosundakı dəhşətli hadisə ilə bağlı YENİ FAKTLAR




Dünən Bakı metropolitenində baş vermiş dəhşətli intiharla bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Nəsimi rayonu ərazisində - metronun “28 May” stansiyasında sərnişinlərin gözü qarşısında özünü qatarın altına ataraq intihar edən Lənkəran şəhər sakini, 1976-cı il təvəllüdlü Səfərova Ruhəngiz Canəli qızı ailəli olub. O, 2 uşaq anası imiş.



Bildirilir ki, Ruhəngiz Səfərova son vaxtlar psixoloji problemlər yaşayırmış və səhhətində bu səbəbdən narahatlıqlar yaranıbmış. O, Lənkəranda doğulsa da, uzun müddətdən bəri Bakıda yaşayıb.



Qeyd edək ki, dünən bəzi saytlarda Ruhəngiz Səfərovaya aid olduğu iddia edilən foto yayılıb. Qeyd edilib ki, onun üzərindən məktub tapılıb. Eyni zamanda bildirilirdi ki, guya R.Səfərovanın atası onu Fərrux adlı şəxsə ərə verdiyi üçün özünü öldürüb. Lakin ilkin istintaq zamanı bu iddialar təsdiqini tapmayıb və tamamilə yanlış olduğu üzə çıxıb. Vəfat etmiş qadının qohumları yayılan bu yalan məlumatlara son qoyulması üçün hüquq-mühafizə orqanlarına müraciət ediblər.



*****



22 aprel



Bu gün Bakı metropoliteninin 28 may stansiyasında sərnişinlərdən biri özünü qatarın altına atıb. aia.az unikal.org-a istinadən xəbər verir ki, hadisə təxminən 12:50 radələrində baş verib.



Belə ki, İçəri şəhər - Həzi Aslanov istiqamətində hərəkət edən 14 saylı qatar 28 may stansiyasına daxil olarkən 30-35 yaşlarında gənc qadın özünü qatarın altına atıb. O, qatar relsinin üzərinə düşdüyündən başı bədənindən ayrılıb.



“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, baş verən hadisə ilə əlaqədar qatarların hərəkətində 10 dəqiqəlik gecikmə yaranıb. Hadisə nəticəsində intihar edən qadının cəsədi qatarın altından çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Nəsimi Paşayev bildirib ki, özünü qatarın altına atan qadın Lənkəran şəhər sakini, 1976-cı il təvəllüdlü Səfərova Ruhəngiz Canəli qızıdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024