Mobil versiya
İki ayda 176 azərbaycanlı qadın xarici vətəndaşa ərə gedib - RƏSMİ
Tarix: 23-04-2018 | Saat: 10:17
Bölmə:Manşet / Ölkə | çapa göndər

İki ayda 176 azərbaycanlı qadın xarici vətəndaşa ərə gedib - RƏSMİ




2018-ci ilin yanvar-fevral ayları ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər, qeydiyyat şöbələri tərəfindən ölkədə 8,1 nikaha daxilolma halları qeydə alınıb.


Dövlət Statsitika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəfael Süleymanov bildirib ki, onlardan 176-sı Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 163-ü isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanmış nikahlardır:

"Azərbaycan vətəndaşları ilə nikaha daxil olan xarici ölkə vətəndaşları əsasən Rusiya Federasiyası, Türkiyə və Gürcüstan vətəndaşlarıdır”.

R.Süleymanovun sözlərinə görə, əcnəbilərlə və vətəndaşlığı olmayanlarla Azərbaycan vətəndaşlarının boşanması barədə Komitə tərəfindən müşahidə aparılmır.(modern.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə