Mobil versiya
AŞPA-nın yaz sessiyası başlayır
Tarix: 23-04-2018 | Saat: 10:16
Bölmə:Siyasət | çapa göndər

AŞPA-nın yaz sessiyası başlayır



Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası başlayır.

aia.az-ın məlumatına görə, sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova, Ülviyyə Ağayeva, Asim Mollazadə, Elşad Həsənov, Vüsal Hüseynov və Sabir Hacıyev daxildirlər.

Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, İqlim dəyişiklikləri üzrə Paris Sazişi, Avropadakı jurnalistlərin statusu, Liviyada hazırkı vəziyyət və Avropa Şurasının rolu, Hibrid müharibə və insan hüquqları üzrə öhdəliklər, Avropada dərmana qarşı davamlı olan vərəm xəstəliyi, Miqrant uşaqların inteqrasiyası və məcburi təhsili barədə fikir mübadiləsi aparılacaq.

Sessiya çərçivəsində Avropada məcburi köçkünlərin hüquqları və humanitar ehtiyacları mövzusunda məruzə dinləniləcək, Azərbaycandakı məcburi köçkünlərin vəziyyəti müzakirə ediləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024