Mobil versiya
Başçı metronun üstünü satıb, “Azadlıq” çökə bilər - FOTOLAR
Tarix: 20-04-2018 | Saat: 11:39
Bölmə:Manşet / Ölkə | çapa göndər

Başçı metronun üstünü satıb, “Azadlıq” çökə bilər - FOTOLAR


Metronun “Azadlıq prospekti” stansiyası üstündəki parkın ərazisi peşkəş olunmaqdadır. Bu ərazinin satılıb tikinti işləri aparılması ucbatından dəfələrlə metroda çatlar əmələ gəlib.

Ancaq Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərovun vecinə də deyil ki, metro bir gün çökə bilər.

Başçı metronun üstünü satıb, “Azadlıq” çökə bilər


Odur ki, Binəqədi RİH tərəfindən verilən sərəncamla “Azadlıq”ın üstündəki parkın yeri pay-püş olunub.

Hazırda parkın ərazisinin böyük hissəsi zəbt olunaraq tikinti aparılır. Ərazi tamamilə hasarlanıb. Mühasirəyə alınmış yerdə gedən tikintinin ticarət mərkəzi olacağı deyilir.

Ümumiyyətlə, bu parkın ərazisində istirahət üçün az yer qalıb. Burada restoran, obyektlər tikilməkdədir. Parkın bir tərəfini isə “Kristal Abşeron” zəbt edərək bina tikib.

Sakinlər deyirlər ki, “Azadlıq prospekti” metrosunu su basıb, çöküb, parkda çökmələr olub. Ancaq X.İsgəndərov heç bir nəticə çıxarmayıb.


Başçı metronun üstünü satıb, “Azadlıq” çökə bilər

Metrostansiyanın tikintisi zamanı ərazidə parkın salınması ilə “Körpübinatikinti” ASC məşğul olub.

Ancaq parkdakı daş döşəmələrin altındakı torpaq boş olduğundan yağış və qar suyu döşəmənin arasından süzülərək alt hissələrə dolub.

Nəticədə torpaqda boşalma getdiyindən ərazi çöküb. 14 metr dərinlikdə yerləşən bu stansiyada ilk dəfə olaraq, sütunsuz tağvari platforma quraşdırılıb.

Başçı metronun üstünü satıb, “Azadlıq” çökə bilər


Və tikinti zamanı stansiyanın üzərində sadəcə, park olub və həmin ərazidə hər hansı bir tikinti işlərinin ola biləcəyi nəzərə alınmayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024