Mobil versiya
Şenol Günəşin başı yarıldı - Derbi yarımçıq qaldı
Tarix: 20-04-2018 | Saat: 10:26
Bölmə:Karusel / İdman | çapa göndər

Şenol Günəşin başı yarıldı - Derbi yarımçıq qaldı


Türkiyə kubokunun yarımfinalında keçirilən "Fənərbaxça" - "Beşiktaş" cavab oyunu yarımçıq dayandırılıb.

aia.az-ın məlumatına görə, buna matçın ikinci hissəsində baş verən hadisələr səbəb olub. Görüşün 56-cı dəqiqəsində hesab 0:0 ikən "Beşiktaş"ın ehtiyat qapıçısı Tolga Zenginlə "Fənərbaxça"lı azarkeşlər arasında mübahisə düşüb. Bu zaman "qara qartallar"ın baş məşqçisi Şenol Günəş vəziyyəti sakitləşdirməyə çalışıb. Həmin vaxt onun başına tribunadan yad əşya atılıb. Bundan sonra meydandan kənarda gərginlik yaşanıb. Baş verənlərə görə "Beşiktaş"ın baş məşqçisi və futbolçular paltardəyişmə otağına gedib.

Bundan sonra görüşün baş hakimi Mete Kalkavan oyunu yarımçıq dayandırıb və paltardəyişmə otağına gedib. Hakim briqadası baş verənlərə görə görüşün təxirə salınmasına qərar verib.

Ş.Günəşin başına 5 tikiş atıldığı bildirilir.

Qeyd edək ki, komandalar arasında ilk qarşılaşma 2:2 hesabı ilə başa çatmışdı. Bu cütün qalibi finalda “Akhisarspor” kollektivinin rəqibi olacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə