Mobil versiya
Generallar Bakıda razılığa gəldilər: NATO-dan BƏYANAT
Tarix: 20-04-2018, 10:24 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm / Seçilənlər-4 | çapa göndər

Generallar Bakıda razılığa gəldilər: NATO-dan BƏYANAT


Xəbər verdiyimiz kimi, NATO-nun Avropada Müttəfiq Silahlı Qüvvələrinin Ali baş komandanı, general Körtis M. Skaparrotti və Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və müdafiə nazirinin birinci müavini, general Valeri Gerasimov 19 apreldə Bakıda görüşüblər.


ABŞ-ın Azərbaycandakı səfirliyindən Modern.az-a verilən məlumata görə, NATO bununla bağlı bəyanat yayıb.



Bəyanatda bildirilib ki, iki yüksək rütbəli hərbçinin görüşündə məqsəd proqnozlaşdırıla bilmə və şəffaflığı artırmaqdır.

“Görüşdə hərbi vəziyyət və təlimlər barədə müzakirələr aparılıb. Bu təkbətək görüş hərbçilər arsında ünsiyyətin saxlanılması və NATO-nun dialoq və şəffaflıq siyasətinə uyğunluğa olan ortaq marağın aşkar göstəricisidir”-deyə bəyanatda bildirilib.



Qeyd olunub ki, bu görüş 7 sentyabr 2017-ci ildə NATO-nun Həbri Komitəsinin sədri, general Petr Pavelin Valeri Gerasimovla Bakıdakı şəhərində görüşünün ardınca baş verib.



“General Skaparrotti və general Gerasimov gələcəkdə hərbçilər arasında ünsiyyəti davam etdirmək barədə razılığa gəliblər”-deyə bildirilib.

aia.az



5319 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-11-2019
20-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930