Mobil versiya
İlham Əliyev ilk xarici səfərini Türkiyəyə edəcək
Tarix: 19-04-2018 | Saat: 17:39
Bölmə:Manşet / Siyasət / Seçilənlər-3 | çapa göndər

İlham Əliyev ilk xarici səfərini Türkiyəyə edəcək



Azərbaycanda 11 aprel tarixində keçirilən prezident seçkilərində qalib gələn İlham Əliyev ilk xarici səfərini Türkiyəyə edəcək.
AzVision.az "Haber7"-yə istinadən xəbər verir ki, səfərin aprelin 25-də baş tutacağı bildirilib.

Qeyd olunub ki, səfər çərçivəsində İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və Türkiyənin baş nazir Binəli Yıldırmla görüşəcək.

Qeyd edək ki, Azərbaycan və Türkiyənin dövlət başçıları seçkilərdən sonra ilk rəsmi səfərlərini bir qayda olaraq müvafiq olaraq qardaş ölkəyə gerçəkləşdirirlər. 2013-cü ildə prezident seçkilərindən sonra İ.Əliyev ilk rəsmi səfərini Türkiyəyə edib. 2014-ci ildə bələdiyyə seçkilərində qalib gələn Ərdoğan ilk səfərini Azərbaycana etmişdi. 2007-ci ildə də prezident seçilən Abdullah Gül ilk rəsmi səfərini Azərbaycana və ŞKTR-na etmişdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024