Mobil versiya
Azərbaycanda 14 yaşlı məktəbli qız qaçırılıb
Tarix: 27-11-2015 | Saat: 21:53
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər


7-ci sinifdə oxuyan qızı zorla avtomobilə mindirərək qaçırıblar.

Ağcabədi rayonunda 14 yaşlı qız qaçırılıb.

Aia.az -ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Şənlik kəndində baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü Rasta Səfərova həmkəndlisi 23 yaşlı Sadiq Rasim oğlu Fərzəliyev tərəfindən evlənmək məqsədilə zorla qaçırılıb. Rayon polis şöbəsindən verilən məlumata görə, hadisə günorta saatlarında Şənlik kənd orta məktəbin yaxınlığında baş verib.

Kənd sakini Sadiq Fərzəliyev əvvəlcədən planlaşdırlmış şəkildə yaxın dostları Bəhruz Abdullayev, Samir Kazımov və Namiq Əhmədovla əlbir olaraq Rasta Səfərova məktəbdən çıxıb evə gedərkən zorla azyaşlı qızı avtomobilə mindirərək qaçırıblar. VII sinif şagirdi olan Rasta Səfərova Ağdam rayonuna aparılıb.

Hadisədən xəbər tutan qızın valideynləri dərhal polisə məlumat veriblər. Rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxlər həbs edilib,14 yaşlı qız isə valideynlərinə təhvil verilib.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 144.3.4 maddəsilə cinayət işi başlanıb istintaq aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024