Mobil versiya
“Ayə, hara gedirsən, ayə?” söyləyən ifaçıdan TƏZƏ XƏBƏR
Tarix: 18-04-2018 | Saat: 14:09
Bölmə:Karusel / Aia TV | çapa göndər

“Ayə, hara gedirsən, ayə?” söyləyən ifaçıdan TƏZƏ XƏBƏR


Yəqin ki, bir günün içərisində, cəmi 2 sualdan ibarət mahnısı ilə məhşurlaşıb sosial mediada ən çox müzakirə edilən gənc ifaçı Vüsal Rzasoy yadınızdadır.


“Ayə, hara gedirsən, ayə?” parçası ilə sosial medianın qəhrəmanına çevrilmiş folk-rok ifaçısı Vüsal Rzasoy hazırda nə işlə məşğuldur?


Modern.az saytının əməkdaşı Vüsal Rzasoyla əlaqə yaradıb. Lakin folk-rok ifaçısı işləri ilə əlaqəli məlumat vermək istəmədiyini deyib:


“Hazırda müəyyən işlər üzərində çalışıram. Amma istəyirəm ki, bir az sakitlik olsun. Bu baxımdan mətbuatda görünmək və ya nə iləsə gündəmə gəlmək fikrim yoxdur”.


Müsahibimiz həmçinin aktyorluq fəaliyyəti ilə bağlı da danışmaq istəmədiyini deyib:


“Yəqin ki, aktyorluq və ya musiqi istiqamətində yeniliklər olduqca, siz də xəbər tutacaqsınız”.


Qeyd edək ki, Vüsal Rzasoy "Müasir Azərbaycan gənci" proqramındakı "Ayə, hara gedirsən, ayə?" ifası ilə sosial medianın gündəminə çevrilmişdi. Bu ifa ilə bağlı daha sonra mətbuata açıqlama verən V.Rzasoy bunu səmimi olaraq etdiyini bildirmişdi: “Düşünmürdüm ki, onlar buna ləhcə deyib, incisinlər. Bunu səmimi olaraq etmişəm. Mən insanlar arasında ləhcə fərqi yox, əlaqə görürəm. Bir xarici ilə söhbət edəndə tərcümə vasitəsilə onu anlaya bilirəmsə, onun da eyni insani hisslər keçirdiyini görürəmsə, insanlar arasında nəinki ləhcənin, hətta dilin belə fərqi yoxdur. Əsas olan insanların var olmasıdır. Məsələn, bir nümunə deyim, Litvada dörd böyük bölgə var. Onlar musiqilərini öz bölgələrinə uyğun oxuyurlar. Bu dörd ləhcə bir-birindən fərqlənir. Bu müxtəliflik çox gözəl səslənir. Amma onlar ortaq bir ləhcədə oxusalar, bu özəllik, bu yaxınlıq itəcək”.


Xatırladaq ki, Vüsal Rzasoy 2 yanvar 1986-cı ildə Naxçıvanın Şərur rayonunda dünyaya gəlib. 2008-ci ildən 2010-cu ilədək "Tengri" rok qrupunun vokal ifaçısı olub. Sonra isə Azərbaycanı tərk edərək bir müddət Litvada yaşayıb və Corus, White Horn kimi qruplarda çalışıb. Onu doğulduğu ölkəyə qayıtmağa isə saz musiqisinə olan məhəbbəti vadar edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024