Mobil versiya
Göyçaylı sahibkar FHN əməkdaşına verdiyi borcu geri ala bilmir ŞİKAYƏT+FOTOLAR
Tarix: 18-04-2018 | Saat: 12:36
Bölmə:Manşet / Ölkə / Seçilənlər-5 | çapa göndər

Göyçaylı sahibkar FHN əməkdaşına verdiyi borcu geri ala bilmir ŞİKAYƏT+FOTOLAR


Məhkəmənin çıxardığı qərar da icra edilmir, nazirlik isə susur

Göyçay rayon sakini, sahibkar Çingiz Mayılov AFN-ə müraciət edərək, bir məmurun və məhkəmə qərarını icra etməyən icraçıların onun başına gətirdiklərini dərc etməyimizi xahiş edib.

Çingiz Mayılov bildirir ki, sahibkar olan xanımı Minayə Mayılova 2 avqust 2017-ci ildə işgüzar məqsədlə Qurbanov İlqar Afad oğluna 16800 manat borc pul verib: “Borc notariat qaydada, borc müqaviləsi üzrə verilib. Həmin müqavilənin şərtlərinə 30 sentyabr tarixinədək həmin borcu qaytarmalı idi. Lakin Göyçay Yanğından Mühafizə İdarəsində çalışan və məmur olmasına, rütbə daşımasına baxmayaraq, qeyri-qanuni şəkildə sahibkarlıqla da məşğul olan İlqar Qurbanov borcunu qaytarmaqdan imtina edir. Daha dəqiqi, o, aldığı borcun 4500 manatını qaytardıqdan sonra yerdə qalan 12300 manat borcunu ödəməkdən imtina edir. Biz bununla bağlı məhkəməyə müraciət etdik. Məhkəmə borcun bir dəfəyə tutulub qaytarılması barədə qərar çıxardı. Ancaq icra məmurları bu qərarı da icra etmək istəmir. Belə ki, icraçılar onun vəzifə maaşının 50 faizini (205 manat) aybaay ödətdirməklə, bizə bir sahibkar kimi böyük ziyan vurur. Mən 6 ilə yaxın gözləməliyəm ki, pulumuzu geri alacağıq?”
Ç.Mayılov deyir ki, İlqar Qurbanovun əməlləri ilə bağlı onun çalışdığı Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin rəisi Müşfiq Məmmədova da müraciət edib: “Məni həm də o maraqlandırır ki, İlqar Qurbanov növbədə olmalı olduğu halda, həmin vaxtlarda işə getməyib, gedib bizneslə məşğul olub. Buna niyə göz yumulub, o da maraqlıdır. Rəis Müşfiq Məmmədov 4 ay öncə bizim müraciətimizə cavab yazıb göndərdi ki, İlqar Qurbanovla söhbət aparılıb, o da deyib ki, borcunu ya cəm şəkildə, ya da məhkəmə qaydasında qaytarmağa söz verib. Ancaq biz bugünədək pulumuzu ala bilmirik. Mən Fövqəladə Hallar naziri, çox hörmətli Kəmallədin müəllimdən xahiş edirəm ki, Göyçay Yanğından Mühafizə Hissəsinin əməkdaşı İlqar Qurbanovun bizə vurduğu ziyanı ödəməsində yardımçı olsun, həmçinin, bir məmur adına yaraşmayan hərəkətlər etdiyinə görə onu cəzalandırsın”.
Qeyd edək ki, məsələ ilə bağlı FHN-in rəsmi electron ünvanına göndərdiyimiz sorğuya cavab
verilmədi.







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024