Mobil versiya
10 İƏT üzvü Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi
Tarix: 17-04-2018, 14:41 | Saat: 15:47:00
Bölmə:Manşet / Siyasət | çapa göndər

10 İƏT üzvü Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi


17 aprel tarixində Tacikistanın paytaxtı Düşənbə şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin 23-cü iclası keçirilib.
Xarici İşlər Nazirliyindən aia.az-a daxil olan məlumatda bildirilir ki, iclasda Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tacikistana səfər əsnasında nazir müavini Mahmud Məmməd-Quliyev Tacikistanın xarici işlər naziri Sirocaddin Aslov ilə görüşüb. Səmimi dostluq şəraitində keçirilən görüşdə ölkələrimiz arasında ənənəvi tərəfdaşlıq münasibətləri qeyd olunaraq, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq müzakirə olunub.

İƏT-in iclasında çıxış edən nazir müavini Mahmud Məmməd-Quliyev İƏT çərçivəsində Azərbaycanın fəal iştirakı və üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı dəstəklədiyini, praktiki əməkdaşlığın gücləndirilməsinə xidmət edən bir sıra təşəbbüslər irəli sürdüyü, regional nəqliyyat dəhlizləri layihələrini təşviq etdiyini qeyd edərək, ölkəmizdə mövcud olan siyasi, iqtisadi sabitlik və həyata keçirilən islahatlar barədə məlumat verib.
İƏT xarici işlər nazirlərinin 23-cü iclasının nəticəsi olaraq Düşənbə kommunikesi qəbul olunub.

Sənəddə İƏT regionunda həll edilməmiş münaqişələr, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olmasının iqtisadi inkişaf və regionun potensialının tam şəkildə istifadəsinə, regional və daha geniş əməkdaşlığa ciddi şəkildə maneə olmasına münasibətdə narahatlıq ifadə olunaraq, bu kimi münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü və suverenliyi əsasında tezliklə həll edilməsi üçün səylərin artırılmasının vacibliyi qeyd olunub.

Sənəddə ölkəmizin iştirak və təşviq etdiyi Bakı-Tbilisi-Qars dəmir yol xətti, Şimal-Cənub nəqliyyat dəhlizi, habelə, Bakı-Ceyhan neft kəməri, genişləndirilmiş Bakı-Ərzurum təbii qaz kəməri, Azərbaycan-İran-Rusiya elektrik ötürmə xətti kimi irimiqyaslı regional nəqliyyat və enerji layihələrinin əhəmiyyəti vurğulanıb.

aia.az



5532 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

14-10-2019
11-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031