Mobil versiya
Peşəkar mütəxəssis hazırlığı üçün Bakı Biznes və Kooperasiya Kollecində bütün imkanlar var
Tarix: 17-04-2018 | Saat: 12:48
Bölmə:Manşet / Təhsil / Seçilənlər-3 | çapa göndər





Fatimə Quliyeva: “Təhsil almaq, peşə seçmək hər bir gəncin ümdə arzularından biridir...”

Heç şübhəsiz bu gün Azərbaycanın təhsil istemində fəaliyyət göstərən çoxsaylı kolleclər arasında lider mövqeylərə sahib olan təhsil müəssisələrindən biri də Bakı Biznes və Kooperasiya Kollecidir.Aydındır ki, müasir iqtisadiyyatın praktiki və tətbiqi istifadəsi baxımından kollec və orta ixtisas peşə məktəblərinin xüsusi rolu vardır.Bakı Biznes və Kooperasiya Kollecində isə, bu gün Mühasibat uçotu, Maliyyə işi, Vergi və vergitutma, Bank işi, Sığorta işi, Menecment, Gömrük işi, Marketinq, Bələdiyyə təsərrüfatlarının təşkili, Kommersiya, Kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti, İnformasiya texnologiyası sistemləri, Turizm və onun təşkili, Mehmanxana-turizm və sanatoriya-kurort komplekslərində iaşə və servis, İnformatika müəllimliyi, Turizm və onun təşkili kimi ixtisaslar üzrə mütəxəssislər hazırlanır. Bu ixtisaslardan hər birinin həqiqətən də ictimai həyatımızın ən müxtəlif sahələrində necə vacib bir əhəmiyyət kəsb etdiyi də yəqin ki, heç kəsdə şübhə doğurmur. Deməli, əsas məsələ gənclərimizin bu ixtisaslara hansı səviyyədə yiyələnə bilmələrindədir. Bax elə bu məqamda da eyni ixtisasları tədris edən müxtəlif təhsil müəssisələri arasındakı fərq məsələsi gündəmə gəlir. Tam səmimi olaraq deyə bilərik ki, Bakı Biznes və Kooperasiya Kollecində təqdim olunan ixtisaslar üzrə yüksək səviyyəli tədrisin aparılması ücün müvafiq maddi-texniki baza və yüksək ixtisaslı kadr potensialı mövcuddur. Təhsil müəssisəsində böyük oxu zalı, zəngin kitabxana, akt zalı, günün tələblərinə cavab verən idman zalı, geniş və işıqlı fənn kabinetləri, elektron lövhə və kompüterlərlə təchiz edilmiş auditoriyalar tələbələrin ixtiyarındadır. Təbii ki, təhsil üçün yaradılmış şərait, müasir tələblərə cavab verən maddi-texniki baza tədrisin yüksək keyfiyyətinə etibarlı bır zəmanətdir. Xüsusilə qeyd olunmalıdır ki, bu gün Bakı Biznes və Kooperasiya Kollecində fənnlərin tədrisi ilə 138 nəfər yüksək ixtisaslı müəllim məşğul olur ki, onlardan bir nəfəri elmlər doktoru, 6 nəfəri fəlsəfə doktoru, 9 nəfəri isə dissertantdır. Kollecdə qabaqcıl müəllimlərin təcrübəsindən geniş istifadə edilir, onların yaradıcı fəaliyyəti yüksək qiymətləndirilir.

Maraqlıdır ki, Bakı Biznes və Kooperasiya Kollecinin direktoru, riyaziyyat üzrə fəlsəfə doktoru Fatimə xanım Quliyeva öz uğurlarından danışmağı sevmir. Amma biz yenə də öz yazımızda Fatimə xanımın tələbələrə ünvanladığı müraciətində ifadə olunmuş bəzi fikirləri sitat gətirmək istəyirik: “...Təhsil almaq, peşə seçmək Sizin hər birinizin, hər bir gəncin ümdə arzularından biridir və bu gün bu əvvəl olduğundan daha vacibdir. İndi sizin əsas vəzifəniz seçdiyiniz ixtisas üzrə dərin biliklərə yiyələnmək, cəmiyyətimiz üçün dəyərli mütəxəssis olmaqdır. Bunun üçün kollecdə bütün imkanlar vardır...”

Sonda bir məqamı da qeyd edək ki, bu gün Fatimə xanım Quliyevanın doğum günüdür. Bu münasibətlə biz də Fatimə xanımı səmimi qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı və ailə səadəti diləyirik. Arzu edirik ki, Fatimə xanımınözü də, onun rəhbərlik etdiyi Bakı Biznes və Kooperasiya Kollecinin kollektivi də hər zaman yalnız yeni uğurlarla və daha yüksək nailiyyətlərlə gündəmdə olsunlar.


aia.az

Həsən Həsənov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024