Mobil versiya
“Mançester Siti” vaxtından əvvəl çempion oldu
Tarix: 16-04-2018 | Saat: 08:55
Bölmə:İdman | çapa göndər

“Mançester Siti” vaxtından əvvəl çempion oldu



Premyer Liqada ikinci sırada olan "Mançester Yunayted”in "Vest Bromviç Albion”a yenilməsi ilə "Mançester Siti” çempionluğunu elan edib.

aia.az xəbər verir ki, Premyer Liqada bu sezon fırtına təsiri bağışlayan "Mançester Siti” 33-cü həftədə çempionluğunu elan etməyə nail olub.

Dünən "Tottenhem”iöz meydanında 3-1 məğlub edən "Mançester Siti” "Mançester Yunayted”lə xal fərqini 16-ya çıxarmışdı.

Komanda bu gün "Mançester Yunayted”in "Vest Bromviç Albion”a yenilməsi ilə Liqanın bitməsinə beş həftə qalmış çempionluq qazanmağa nail olub.

Komanda 33 həftədə 28 qalibiyyət, üç bərabərlik və iki məğlubiyyətlə 87 xal toplayıb. Pep Qvardiola idarəçiliyindəki komanda tarixində üçüncü dəfə Premyer Liqa çempionluğunu başı üzərinə qaldırıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024