Mobil versiya
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənib
Tarix: 14-04-2018 | Saat: 12:06
Bölmə:Manşet / Siyasət | çapa göndər

Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənib



Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç və Avropa Olimpiya Komitələrinin baş katibi Raffaele Pagnozzi İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik ediblər.

aia.az xəbər verir ki, təbrik məktubunda bildirilir: "Bu qələbə Sizin əvvəlki illərdə dövlət başçısı vəzifəsində həyata keçirdiyiniz mükəmməl fəaliyyətin yüksək qiymətləndirilməsi, həmçinin Azərbaycan xalqının ölkənin tərəqqisinin hərəkətverici qüvvəsi kimi Sizə bəslədiyi etimadın göstəricisidir. Məhz Sizin rəhbərliyinizlə Bakıda və ölkənin bütün regionlarında inkişaf və yenidənqurma, eləcə də müasirləşmə işlərinin geniş vüsət alması Azərbaycanı dünyanın diqqət mərkəzinə çevirib. İcazə verin, bu fürsətdən istifadə edərək, Zati-aliləri, Sizinlə və Milli Olimpiya Komitəsi ilə aramızda olan, yüksək dəyərləndirdiyimiz dost münasibətlərinə görə dərin minnətdarlığımızı bildirək.

Ölkənizin Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi, eləcə də növbəti Avropa Gənclər Olimpiya Festivalının məhz Bakıda keçirilməsi ölkənin Avropada güclü nüfuza malik olmasını təsdiq edir. Bu isə ölkənin müasir, dinamik inkişaf edən xarakterinin və burada necə əməksevər və dost insanların yaşadığının bariz nümunəsidir.

Ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayırıq. Bu il mayın 11-12-də Belqrad şəhərində Sizinlə görüşməyə ümidvarıq”.

Eyni zamanda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor Pyotr Qlıboçko, Gürcüstan Neft Məhsulları İdxalatçıları İttifaqının sədri Vano Mtvralaşvilidən və Gürcüstan Neft Məhsulları İdxalatçıları İttifaqı sədrinin müavini Vaxtanq İobaşvili, "Azərbaycan-Ukrayna sahibkarları və sənayeçiləri” Cəmiyyətinin sədri Əli Əliyev, Rusiya Müsəlmanları Mərkəzi Dini İdarəsinin sədri Ali müfti Talqat Səfa Tacuddin, Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzinin sədri İsmayıl Berdiyev, Afrikadakı "Paramount Group” şirkətinin icraçı direktoru Ayvor İçikovitz, Rusiya Federasiyası Dağıstan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərov da İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik ediblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024