Mobil versiya
ABŞ Suriya sahillərinə “Tomohawk” raketləri ilə dolu gəmilər GÖNDƏRİR – Müharibə TƏHLÜKƏSİ
Tarix: 10-04-2018 | Saat: 11:48
Bölmə:Manşet / Dünya | çapa göndər

ABŞ Suriya sahillərinə “Tomohawk” raketləri ilə dolu gəmilər GÖNDƏRİR – Müharibə TƏHLÜKƏSİ


Ağ Ev Suriya sahillərinə raket daşıyan esmines göndərir. Modern.az xəbər verir ki bu barədə “The Wall Street Journal” məlumat yayıb.



Məlumata görə, Suriyanın Duma şəhərində kimyəvi silahın tətbiqi ilə bağlı Ağ Evdə keçirilən məşvərətdən sonra Suriya sahillərinə raket daşıyan esmines göndərilməsi qərara alınıb. Gəminin konkret haradan Suriya sahillərinə istiqamət götürüldüyü dəqiq məlum deyil.



ABŞ prezidenti Donald Tramp bazar ertəsi Ağ Evdə Təhlükəsizlik Şurasının iclasını keçirib. İclasda Dumada kimyəvi silah tətbiq olunması müzakirə olunub.



“Qərar bu gün axşam qəbul olunacaq. Ya da ki siz bu qərarala daha sonra tanış ola biləcəksiniz” – deyə ABŞ prezidenti jurnalistlərə müraciət edib.

Trampın sözlərinə görə ABŞ-ın bu kimyəvi hücumla bağlı hərbi planda müxtəlif variantları mövcuddur.



ABŞ tərəfi kimyəvi hücumda rəsmi Dəməşqi ittiham edir.



Rusiya tərəfi isə ABŞ-ı istənilən hərbi güc tətbiqi haqda iki dəfə düşünməyə dəvət edir.



Məlumatda isə bildirilib ki, “USS Porter” esminesi yaxın bir-iki günə Suriya sahillərinə çatmalıdır. Onların “Tomohawk” qanadlı raketləri ilə təchiz olunduğu qeyd olunub.



Bundan əvvəl ABŞ donanmasının “USS Donald Cook” esminesinin Kiprdəki bazadan çıxaraq Suriya sahillərinə istiqamət aldığı, Rusiya hərbi bazasının yerləşdiyi Tartusun 100 kilometrliyində manevr etdiyi xəbər verilmişdi.



“Reuters” ABŞ hökumətindəki mənbəyə istinadən məlumat yayıb ki, Birləşmiş Ştatlar kimyəvi silah hücumuna cavab olaraq beynəlxalq hərbi cavab tədbirlərini nəzərdən keçirir. Mənbə konkret planı açıqlamayıb, ancaq deyib ki, hədəflər əvvəllər də kimyəvi silah hücumu üçün istifadə edilən obyektlər ola bilər.

“Reuters” ehtimal olunan hədəflər arasında Latakiya əyalətindəki Hmeymim aerodromunun da olduğunu bildirir. Həmin aerodromda Rusiya aviabazası yerləşir.



Agentlik xatırladır ki, Ağ Ev ötən ay martın 4-də Rusiya bombardmançılarının Hmeymimdən qalxaraq şərqi Qutanı bombalandığını vurğulayıb.



Xatırladaq ki, aprelin 7-də Suriyanın Şərqi Quta əyalətində Duma şəhərində kimyəvi silahın tətbiq edilməsi ilə bağlı bir çox qeyri-hökumət təşkilatları çıxışlar edib.



Rusiya tərəfi isə, bütün bu məlumatların böhtan olduğunu və Müdafiə Nazirliyi tərəfindən keçirilən yoxlamalar nəticəsində heç bir kimyəvi silah izinə rast gəlinmədiyini bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024