Mobil versiya
“Ailəli idi, amma evdə başqa kişi ilə görüşürdü”
Tarix: 09-04-2018 | Saat: 18:00
Bölmə:Gündəm | çapa göndər

“Ailəli idi, amma evdə başqa kişi ilə görüşürdü”



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bibisini baltalayaraq öldürməkdə təqsirləndirilən Vüsal Şıxəliyevin məhkəməsi keçirilib. Hakim Azad Məcidovun icraatında olan prosesdə baxış iclası baş tutub. V.Şıxəliyev elan olunan ittiham üzrə özünü təqsirli bildiyini deyib. O, bibisini yatdığı yerdə öldürüb.

V.Şıxəliyev bibisini namus üstündə öldürdüyünü bildirib: "Ailəli idi, uşaqları vardı, amma evdə başqa kişi ilə görüşürdü. Daha artıq nə olmalı idi? Özüm görməmişdim, amma şübhələnmişdim. Biz belə şeyləri qəbul etmirik, amma indi fikirləşirəm ki, səhv etmişəm. Onu xəstə oğlunun yanında öldürmək istəməzdim, elə bildim yanındakı nənəmdir. Oğlunu görsəydim, orada öldürməzdim".

Mərhum Yeganə İmamverdiyevanın əri məhkəmədə ifadə verərək Vüsalın yoldaşı haqda dediklərinin yalan olduğunu bildirib: "Vüsal avaranın biri idi, içirdi, başqa şeylər edirdi. Bir gün əvvəl də yoldaşımı döymüşdü, səhəri gün işə getdiyim üçün səbəbini soruşa bilmədim. Yoldaşım namuslu qadın idi".

Proses aprelin 18-da davam etdiriləcək.

İttihama görə, Abşeron rayonunun Masazır qəsəbəsində yaşayan 1994-cü il təvəllüdlü V.Şıxəliyev qısqanclıq zəminində bibisi, 1975-ci il təvəllüdlü Yeganə Şıxəli qızı İmamverdiyevaya balta ilə xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada ölüb. Qafqazinfo.az

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024