Mobil versiya
Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ: Sarsıdıcı cavablar veriləcək
Tarix: 09-04-2018 | Saat: 16:29
Bölmə:Manşet / Gündəm | çapa göndər

Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ: Sarsıdıcı cavablar veriləcək




Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınacaq.

aia.az-ın məlumatına görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, son günlər Ermənistan mətbuatı ölkənin rəsmi qurumlarına istinadən növbəti dəfə təxribat xarakterli məlumatlar yaymaqla ictimaiyyətdə yanlış fikir yaradaraq qoşunların qarşıdurma xəttində gərginliyi artırmağa cəhd göstərir:

"Belə ki, aprelin 8-i və 9-da Ermənistan kütləvi informasiya vasitələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası, Qazax və Tovuz istiqamətlərində Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan ərazisinin guya atəşə tutulması barədə məlumatlar yayıb".

Nazirlik bəyan edir ki, Azərbaycan Ordusunun bölmələri Ermənistan ilə dövlət sərhədi boyu atəşkəs rejiminə tam riayət edir:

"Erməni tərəfinin yaydığı məlumatlar həqiqətə uyğun deyil, gələcək təxribatlar üçün zəmin yaradır və bu kimi xəbərlərin davamlı olaraq yayılacağı istisna edilmir".

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınacaq, tərəfimizdən dərhal, sərt və sarsıdıcı cavablar veriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024