Mobil versiya
Devalvasiyadan əvvəl və sonra BANK KREDİTLƏRİ
Tarix: 05-04-2018 | Saat: 13:57
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Devalvasiyadan əvvəl və sonra BANK KREDİTLƏRİ


2012 –ci ilin yekunlarına görə kredit qoyuluşlarında Mərkəzi Bankın təqdim etdiyi məlumata əsasən 2012 –ci il dekabr ayının 1-i vəziyyətinə ölkənin bank və bank olmayan kredit təşkilatları (BOKT) tərəfindən 12,0 milyard manat həcmində kredit verilib.
“Ölkə.Az” xəbər verir ki, 2017-ci il dekabrın 1-nə ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12226,2 milyon manat təşkil edib ki, bu da 2012 –ci ilin müvafiq dövrü ilə müqayisədə (devalvasiyadan əvvəl) 10 dəfə çoxdur.

Devalvasiyadan sonra banklardakı vaxtı keçmiş kreditlərin sayında da kəskin artım olub. Yəni, 2017 –ci ilin yekunlarında bankda olan kreditlərin ümumi həcmində vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 15,5% təşkil edib ki, bu da 2012 –ci illə müqayisədə (devalvasiyadan əvvəl) 2,4 dəfə çoxdur. Bundan başqa 2017 –ci ildə Azərbaycanda işsiz statusu verilmiş şəxslərin sayı 38 500 nəfər təşkil edib ki, bu da 2012 –ci ilin müvafiq dövrü ilə müqayisədə 1 709 nəfər çoxdur.
Azərbaycanda fəaliyyət göstərən banklar 2012 –ci ildə əllərindəki pulların 67,1%-ini, 2013 –cü ildə 73,5%-ini, 2014 –cü ildə 71,5% -ini, 2015-ci ildə 60,6% -ini, 2016-cı ildə 52,3% -ini, 2017 –ci ildə isə 41,5% -ini kreditə yönəldiblər. Yəni, son 5 ildə (devalvasiyadan sonra) kreditə yönələn pullar 25,6% azalıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024