Mobil versiya
İlham Əliyev: “Bu, Azərbaycan mədəniyyətinə qarşı soyqırımdır”
Tarix: 5-04-2018, 10:46 | Saat: 15:47:00
Bölmə:Manşet / Siyasət | çapa göndər

İlham Əliyev: “Bu, Azərbaycan mədəniyyətinə qarşı soyqırımdır”


"Qoşulmama Hərəkatı dünyada sabitlik və təhlükəsizliyin təmin olunmasında önəmli rol oynayır"


aia.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında çıxışı zamanı deyib.

Ölkə başçısı bildirib ki, Azərbaycan 2011-ci ildən bu təşkilata üzv olsa da, bu təşkilatın işinə öz töhfəsini verir.

"BMTTəhlükəsizlik Şurası üzvü olmaqla Azərbaycan bütün dövlətlərin hüquqlarını qoruyub. Azərbaycan beynəlxalq hüququn pozulmasının şahidi olub və yaşayıb. Ermənistan 25 ildən artıqdır ki, Azərbaycanın tarixi torpaqlarını – Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğal edib. Həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 1992-ci ildə ErmənistanXocalısoyqırımını törədib. Bu hərbi cinayət nəticəsində 613 dinc azərbaycanlı qətlə yetirilib, onlardan 106-sı qadın və 63-ü uşaqdır. Minlərlə insan itkin düşüb və yaralanıb.BMTTəhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. Eyni zamanda, Qoşulmama Hərəkatı,İslamƏməkdaşlıq Təşkilatı,ATƏTvə digər təşkilatlar da qərar və qətnamələr qəbul ediblər",- deyə prezident vurğulayıb.

Dövlət başçısı təəssüflə qeyd edib ki, işğal bu günə qədər davam edir: "Beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, Azərbaycan torpaqları işğal altındadır.BMTTəhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad edilməsi barədə qətnamələri indiyə qədər yerinə yetirilməyib.ATƏT,AvropaŞurası və digər beynəlxalq təşkilatların bu sahədə qərarları da yerinə yetirilməyib. Ermənistanın etnik təmizləmə aparmasına baxmayaraq, Ermənistana qarşı heç bir sanksiya qəbul edilməyib. İşğal olunmuş ərazilərdə hər şey, mədəniyyət nümunələri dağıdılıb.ATƏT-in Faktaraşdırıcı Missiyasının hesabatı göstərir ki, bizim bütün tarixi abidələrimiz, məscidlərimiz erməni vandalları tərəfindən dağıdılıb. Bu, Azərbaycan mədəniyyətinə qarşı soyqırımdır. Azərbaycan ərazilərinin işğalı dayandırılmalıdır, yalnız bundan sonra regiona sülh gələ bilər. Ermənistan monoetnik ölkədir, orada yalnız bir etnik qrup yaşayır".(azvision.az)

aia.az



5348 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-10-2019
18-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031