Mobil versiya
SUMQAYITDAKI 37 SAYLI MƏKTƏBDƏ “37-Cİ İLİN REPRESSİYALARI”
Tarix: 26-11-2015 | Saat: 21:43
Bölmə:Gündəm / Manşet / Karusel / Seçilənlər | çapa göndər

SUMQAYITDAKI 37 SAYLI MƏKTƏBDƏ “37-Cİ İLİN REPRESSİYALARI”

Məlum olduğu kimi, Sumqayıt şəhər İcra Hakimiyyətində yeni başçı Zakir Fərəcov şəhərdə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri ilə keçirdiyi elə ilk görüşündə kəskin tənqid etdiyi vəzifəli şəxslərdən biri Təhsil şöbəsinin müdiri əvəzi Vaqif Ələkbərov olmuşdu. Zakir Fərəcov iclas zamanı deyib ki, şöbə müdiri əvəzi sentyabrın 8-də şəhərdəki bütün məktəb direktorlarının hərəsindən 500 manat pul yığaraq, guya ayın 10-da keçiriləcək konfrans ərəfəsi kimlərəsə hədiyyə alınacağını bildirmişdi. Vaqif Ələkbərovun digər qanunsuz əməllərini də sadalayan icra başçısı onu birbaşa iclas zalından qovmuşdu.

Amma problem budur ki, Ələkbərovun şöbə müdiri vəzifəsini müvəqqəti icra etdiyi müddətdə şəhərin təhsil müəssisələri rəhbərləri sırasından öz təsir dairəsinə aldığı, onun korrupsiyaya əsaslanan üsuli-idarəsini qəbul edən şəxslər hələ də iş başındadır. Belələrindən biri də şəhər 37 saylı orta məktəbin direktoru Elşad Eyvazovdur. Uzun müddətdi məktəbə rəhbərlik edən Elşad müəllim əslində çoxdanın korrupsioneridi. 350-dən çox şagirdin, 40-dan çox məllimin direktorun əlindən zinhara gəldiyi bu məktəbdə sinif rəhbərlərinin, o cümlədən ibtidai sinif müəllimlərinin hamısı “aylıq” hesaba oturdulub. Bu təhdidlər o qədər sərt xarakter alır ki, müəllimlər direktorun tələblərini yerinə yetirmək üçün uşaqlara ən müxtəlif təsir vasitələrinə əl atır, hətta onları vəhşicəsinə döyürlər. Bu ilin yanvarında məktəbin VI sinif şagirdi Pünhan Tanrıverdiyevin müəlliməsi Gülşarə Quliyeva tərəfindən döyülməsi buna əyani sübutdur. Təhsil şöbəsi məsələni “araşdırandan” sonra günühı döyülənin sinif yoldaşı Emin Məstanovun üstünə yıxmışdılar. “Xala xətrin qalmasın”, şagirdlər arasında şəxsi münasibətlərin tənzimlənməsi işini zəif təşkil etdiyinə, əlverişli təlim-tərbiyə mühiti yaratmadığına görə G. Quliyeva və məktəbin tərbiyə işləri üzrə direktor müavini B. Babayevə məktəbdaxili töhmət elan edilmiş, məktəbin psixoloqu Z. Akimovaya isə xəbərdarlıq olunmuşdu.

Davamiyyətin demək olar sıfra bərabər olduğu yuxarı siniflərdə şagirdlər repetitor yanına getdikləri üçün rüşvət verməyə məcbur edilirlər. Bu fakt həm də məktəbdə təlim-tərbiyə işinin keyfiyyətsiz olmasını ortaya qoyur.

Eyvazov məktəbdə kadr təyinatı, yerdəyişmələri məsələsini birbaşa Nazirliklə əlaqələndirərək, bu müstəvidə bütün işləri görməyə pul lazım olduğunu deməkdən çəkinmir. Çox hörmətli RİH başçısı Zakir Fərəcov və Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdir müavini vəzifəsinə yeni təyin olunmuş Firidun Həmzəyev onu vəzifədə saxlasalar, nəzərə almalıdırlar ki, gün gələcək, Eyvazov 37 saylı məktəbdə müəllim və şagirdlərdən bu iki rəhbər vəzifəli şəxsin adından pul yığacaq.
Imza:Elxan



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024